Ölkənin bütün təhsil müəssisələri fəaliyyətini 2 günlük dayandırır – Kəskin hava şəraitinə görə


Ölkənin bütün təhsil müəssisələri fəaliyyətini 2 günlük dayandırır – Kəskin hava şəraitinə görə

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

“Eduaz” xəbər verir ki, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin: