Əlaqə vasitələri
Telefon: 
777
E-poçt: 
hr@azerfon.az
Nar Mobile vakansiya


Biznesin təhlili üzrə aparıcı mütəxəssis

Vakansiya haqqında:

İdarə : B2C Kommersiya
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 18.11.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

• Kommersiya hesabatlarının və büdcə infrastrukturunun təşkili, təkmilləşdirilməsi, icra edilməsi və yerinə yetirilməsi
• Şirkət daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların mütəmadi üzləşdirilməsi
• Yeni, dəyişdirilmiş xidmət və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
• Müvafiq tələblərə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatların yığılması, analizi, vizualizasiyası və mütəmadi optimallaşdırılması
• Kommersiya hesabatlarının üzləşdirilməsi, yeni məhsulların hesabat tələblərinin düzgün və vaxtında təqdim olunması
• Hesablama infrastrukturunun mütəmadi olaraq yenilənməsi, yeni texnologiyaların və metodologiyaların araşdırılması və təqdim edilməsi
• Dövri kommersiya hesabatlarının təmin edilməsi və şirkətin əsas səmərəlilik göstəricilərinin təhlili

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

• Tətbiqi Riyaziyyat, Kibernetika və ya İqtisadiyyat üzrə Ali təhsil
• Data Analitikası və ya Biznesin Təhlili sahəsində 2-3 il iş təcrübəsi
• İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

• Müştəriyönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticəyönümlü
• Strukturlu və metodoloji düşünmə qabiliyyəti
• Güclü riyazi bilik
• Analitika qabiliyyəti
• Statistik anlayışları bilmək
• Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus diliyi biliyi üstünlükdür)
• MS Office (Ms. Excel) proqramlarını mükəmməl bilmək
• STATA, R və ya digər data mining/analitik proqramlarda işləmə bacarığı

Müraciət etmək üçün:

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Biznesin təhlili üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

Əlaqə vasitələri


Telefon:  777
E-poçt:  hr@azerfon.az
Ən son Vakansiyalar
DIZAYNER
 20 Noyabr 2019
Auto Azerbaijan vakansiya
 20 Noyabr 2019
Access Bank
 20 Noyabr 2019