Əlaqə vasitələri
Telefon: 
+994505312021
Milli Yaylaq Festivalı Könüllülük  elan edir


Milli Yaylaq Festivalı Könüllülük  elan edir!

2019-cu ilin ən böyük və  möhtəşəm festivallarından biri olan Cavad Xan Tarix və Mədəniyyət Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında baş tutacaq "Milli Yaylaq Festivalı" na könüllülük üçün tələsin!

Biz bu festivalla özünün şəxsi inkişafına dəyər qatmaq istəyən hər kəsi təcrübə qazanmağa, iş mühitinin incəliklərini (komanda ilə iş, iş bölgüsü, təşkilatçılıq və b.) öyrənməyə eləcə də gələcək kariyerası üçün yaxşı imkanlar qazanmağa dəvət edirik. 

Yaradılacaq etno-qəsəbə iyul-avqust aylarında turistlər və qonaqlar üçün fəaliyyət göstərəcək. Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq:

- Mədəni - etnoqrafiq hissə
- Milli Yaylaq (idman) oyunları
- Eko - etnoturizm

İştirakçılar festivalın sonunda 
ölkəmiz haqqında etnik-mədəni məlumatları əldə etmiş, milli oyunlarımız və eko-turizm məkanları ilə tanış olmuş olacaqlar.

Təşkilatçılar tərəfindən təmin olunur: 

- Qidalanma
- Gecələmə
- Nəqliyyat
- Rabitə vasitəsi
- Xüsusi geyim

Könüllülük üçün qeydiyyat linki: https://bit.ly/2ELhL1h
Ətraflı məlumat üçün:
 +994505312021
 +994705312021  wp:0557197708

Əlaqə vasitələri


Telefon:  +994505312021