Könüllü Gənclərin Yay Məktəbi


"Ətraf mühit və Mən 2" Könüllü Gənclərin Yay Məktəbi

"Odlar Yurdu" Gənclər İctimai Birliyi indiyə kimi ətraf mühitin mühafizəsi istiqamətində “Gənclər ətraf mühitin mühafizəsində”, “Ətraf mühit və MƏN” Qış məktəbi və s. adlı layihələr, həmçinin müxtəlif maarifləndirici təlim, seminar, sərgi və aksiyalar icra edib. Birlik mövcud təcrübəsindən istifadə edərək bu il də ətraf mühitin qorunması istiqamətində layihə həyata keçirir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirilir. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsindən bəhs edir.
Yay Məktəbi 23-26 avqust tarixində 2019-cu ilin Gənclər Paytaxtı Şamaxı şəhərində baş tutacaq. İştirakçı sayı 30 nəfərdir. Müraciətçilər üçün yaş həddi 18-23 yaşdır.

QEYDİYYAT


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin: