Əlaqə vasitələri
Telefon: 
(012) 533 01 01
E-poçt: 
hr@kontakt.az
Kontakt Homedən yeni vakansiya


Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.


Vacancy: SMM üzrə Koordinator

Vəzifə öhdəlikləri:

• SMM mütəxəssislərinə aktual məlumatın ötürülməsi;
• SMM mütəxəssislərin işinin koordinasiyası və iş keyfiyyətinə nəzarət;
• Rəqiblərin kontent və kontent-strateqiyasını təhlil etmək;
• Kontent-planın hazırlanması;
• Sosial şəbəkələrin işini dərindən anlamaq;
• Konkursların təşkil olunması və keçirilməsi;
• Aylıq hesabatların hazırlanması;
• Mətnlərin hazırlanması və yoxlanılması.

Tələblər:

• Azərbaycan və rus dillərini qrammatik cəhətdən həm yazılı, həm şifahi formada əla səviyyədə bilməli;
• Məsuliyyətli, intizamlı və stressə davamlılı olmalıdır;
• SMM sahəsində iş təcrübəsi – 2 ildən artıq olmalı;
• Müştəri yönümlu olmalı və insanlarla ünsiyyəti sevməlidir.

İş şəraiti:

- İdealarınızı reallaşdırmaq imkanı
- Marketinqin dərinliklərini öyrənmək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00


Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM üzrə Koordinator” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Əlaqə vasitələri


Telefon:  (012) 533 01 01
E-poçt:  hr@kontakt.az