Əlaqə vasitələri
Telefon: 
(012) 598 12 95
E-poçt: 
recruitment@kapital.az
Ünvan: 
Bakı şəh, Fizuli küç. 71 Bakı AZ, 1014 Fuzuli St, Baku
Kapital bankda 7 yeni vakansiya


Kapitalda 7 vakansiya

 

1. 

Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Ağcabədi, Ağsu, Balakən, Füzuli, Göyçay, İmişli, Laçın, Masallı, Naftalan, Qazax, Qəbələ, Qusar, Saatlı, Sabirabad, Şəmkir, Quba, Tovuz, Xaçmaz, Yevlax, Kürdəmir və Zərdab  filialları 

 

Öhdəliklər :

 

• Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;

• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;

• Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;

• Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;

 

Tələblər :

 

• Ali təhsil

• Səbirli, təmkinli, təzyiqə davamlı

• Ünsiyyətqurma və izahetmə qabiliyyəti

• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)

• MS Office proqramları üzrə biliklər

• Əla ünsiyyət bacarıqları

• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Məlumat xidməti / Reception - Sabirabad" qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

 

 

2. 

Kapital Bank namizədləri İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;;

• Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;

• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqi aparmaq;

• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;

• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;

• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;

• Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;

• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların  müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

 

Tələblər

• Texniki sahədə ali təhsil və ya peşə təhsili;

• Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;

• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;

• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;

• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;

• Əla ünsiyyətqurma bacarığı;

• Komandada işləmək bacarığı. 

 

 

CV-lərinizi, mövzu hissəsində “İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

 

3. 

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinin inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

• Bank uçot sistemləri ilə işləmək üçün rəhbərliyin təklif etdiyi standartlar əsasında proqram təminatının tətbiqi

• Proqram təminatının fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi

• Proqram təminatının fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması məqsədilə test rejimində yoxlanılması

• Proqram təminatından istifadə edilməsinə dair təlimatların hazırlanması və müvafiq sənədləşmənin aparılması

• Real iş rejimində proqram təminatının istismarı nəticələrinin, proqram təminatının iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmamazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi

• Real iş rejimində proqram təminatı üzrə hər hansı dəyişikliklərin, dayanmaların və yenilənmələrin yalnız bilavasitə rəhbərinin icazəsi ilə həyata keçirilməsi

• Proqram təminatından istifadəyə dair təlimatlarda bütün lazımi dəyişikliklərin və əlavələrin vaxtında icrası və onlara nəzarət

• Proqram təminatı istifadəçilərinin təlimatlandırılması və öyrədilməsi

 

 

Tələblər:

 

• İnformasiya texnologiyaları sahəsində ali təhsil (iqtisadiyyat, maliyyə, kibernetika);

• İş təcrübə:  5 il 

• Microsoft Windows əməliyyat sistemləri üzrə işləmə bacarığı;

• Biliklər:  SQL, PL\SQL bilikləri olması

• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

• Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta  səviyyədə Rus dili biliyi;

• Komanda tərkibində və fərdi işləmə bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinin inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

 

4. 

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

• Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi

• Qabaqçıl Prosessinq Mərkəzinin inkişafı və dəstəklənməsi

• Avtorizasiya hostunun qurulması

• MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi

• MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluq

• Bank kartlarının personalizasiyası prinsipləri, EMV standartı,  PayPass/ PayWave, NFC texnologiyaları ilə işləmək

• Prosessinq Mərkəzinin proqram kompleksinin iş fəaliyyətinin monitorinqi

• Prosessinq Mərkəzinin fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması məqsədilə test rejimində yoxlanılması

• Prosessinq Mərkəzinin istifadə edilməsinə dair təlimatların hazırlanması və müvafiq sənədləşmənin aparılması

• Prosessinq Mərkəzinin iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmamazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi

• Real iş rejimində Prosessinq Mərkəzi üzrə hər hansı dəyişikliklərin, dayanmaların və yenilənmələrin yalnız bilavasitə rəhbərinin icazəsi ilə həyata keçirilməsi

• Prosessinq Mərkəzinin dair təlimatlarda bütün lazımi dəyişikliklərin və əlavələrin vaxtında icrası və onlara nəzarət

• Prosessinq Mərkəzinin versiyalarına nəzarət sistemində proqram təminatı üzrə tətbiq etmələrin ehtiyat surətlərinin çıxarılması və saxlanması

• Prosessinq Mərkəzinin istifadəçilərinin təlimatlandırılması və öyrədilməsi

• Texniki həllərin realizasiyası

• Texniki sənədlərin hazırlanması 

 

Tələblər

 

• Təcrübə: Ən azı 4 il

• Kompyuter biliyi: Windows, Linux, CompassPlus Software, Oracle, SQL, PL\SQL

• MasterCard и VISA Beynəlxalq Ödəniş Sistemlərinin iş prinsipi, tələbləri, texnologiyası, və maliyyə tranzaksiyaları standartı (ISO8583) üzrə əsaslı biliklər 

• Bank kartlarının personalizasiyası, EMV standartı, PayPass/ PayWave, NFC texnologiyaları sahəsində biliklərə malik olması arzuolunandır

• Kriptoqrafiyanın əsasları və onun prosessinq və bank kartlarının personalizasiyasında tətbiqi üzrə biliklər, HSM ilə işləmə təcrübəsinə malik olması arzuolunandır

• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

 

CV-lərinizi, mövzu hissəsində “Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/ baş mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

 

 

5. 

Kapital Bank namizədləri BirPay layihəsi çərçivəsində əməliyyatlara dəstək olması üçün mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. 

 

Öhdəliklər

• Ödəniş alətləri (HÖP, EPUL və s) və kanalları (BirBank, ödəniş terminalları) üzrə məlumatlı olması;

• Əməliyyatlar üzrə səhvlərin aşkarlanması, analizi və aradan qaldırılması;

• Proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan 

• bütün məlumatları struktur bölmələrdən əldə edir;

• Öz səlahiyyətləri daxilində xidməti danışıqlar və elektron yazışmalar aparır.

 

Tələblər

 

• Ali təhsil;

• Bank sahəsində, əməliyyat sahəsində iş təcrübəsi;

• Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili – arzuolunan;

• Analitik texnikilar, SQL proqramlaşdırma dili üzrə bilik;

• Yüksək ünsiyyət qurma bacarığı;

• Məsuliyyət, dürüstlük.

 

 

 

CV-lərinizi, mövzu hissəsində “BirPay layihəsi çərçivəsində əməliyyatlara dəstək olması üçün mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az  e-mail ünvanına göndərə bilərsiniz.

 

6. 

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

• Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir; 

• Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;

• Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə  göndərir;

• Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;

• Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;

• Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;

• Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;

• Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;

• Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;

• Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;

• Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.

 

 

 

Tələblər:

 

• İnformasiya texnologiyaları sahəsində ali təhsil (iqtisadiyyat, maliyyə, kibernetika);

• İnformasiya Texnologiyaları sahəsində 1 iş təcrübəsi;

• Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta  səviyyədə Rus dili biliyi;

• SQL, PL/SQL üzrə ilkin biliklər;

• Microsoft Windows əməliyyat sistemləri üzrə işləmə bacarığı;

• Komanda tərkibində və fərdi işləmə bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

 

7. 

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

• Məlumat bazasının layihələndirilməsində iştirak

• SQL, T-SQL dilində skriptlərin işlənib hazırlanması, test olunması və tətbiqi 

• İşlənib hazırlanan həllərin sənədləşdirilməsi

• BI Publisher və Tibco Spotfire hesabatlılıq sistemlərində hesabatların hazırlanması və işləkliyinə nəzarət

• SQL üzrə sorğuların modifikasiyası, məlumat bazasının yeni imkanlarından istifadə üzrə tövsiyələrin verilməsi

• ETL-prosedurların, hesabatların  işlənib hazırlanması üçün detallı şəkildə istiqamətlərin yazılması və razılaşdırılması 

• Hesabatlarla bağlı problemlərin araşdırılması və həll edilməsi 

• İstifadəçilərin məlumatlandırılması və məsləhətlərin verilməsi

• Məlumatların köçürülməsinə, tamlığına və hazırlanmasına nəzarət.

• Məlumatların təmizlənməsinə və keyfiyyətinə nəzarət.

• Məlumatın və arxitekturasının strukturlaşması, lazım olduğu təqdirdə dəyişdirilməsi 

 

Tələblər

• Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə);

• Təcrübə:  Ən azı 3 il

• SQL, T-SQL, Oracle, BI Publisher və Tibco Spotfire bilikləri

• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

• Bank sahəsi üzrə biliklərin olması arzuolunandır;

• Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər;

• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində “Məlumatların sistemləşdirilməsi şöbəsinin  baş mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Əlaqə vasitələri


Telefon:  (012) 598 12 95
E-poçt:  recruitment@kapital.az
Ünvan:  Bakı şəh, Fizuli küç. 71 Bakı AZ, 1014 Fuzuli St, Baku