Əlaqə vasitələri
Telefon: 
(+99412) 5974813
E-poçt: 
ireli@ireli.az
Ünvan: 
Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun 43 Dünya Biznes Mərkəzi, AZ1009
İrəli İctimai Birliyi təcrübə proqramı elan edir


“İrəli” Təcrübə Proqramında iştirak üçün siz aşağıda qeyd olunan katibliklər üzrə müraciət edə bilərsiniz:

– İnsan resursları katibliyi;
– İdarəetmənin təşkili;
– Mətbuat Katibliyi;
– “İrəli” Media Mərkəzi
– Beynəlxalq əlaqələr katibliyi;
– Layihələrlə iş üzrə katiblik;
– Sosial iş;

 

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: müraciətlərin qəbulu;
2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi.

 

Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:

– 17-25 yaş aralığında olmalı;
– İşində yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı;

 

Əgər siz də, ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun!


Ərizələrin qəbulu üçün son müraciət tarixi: 5 sentyabr 18:00 2019-cu il.

Qeyd - Bu təcrübə proqramı “İrəli” Radio Təcrübə Proqramına daxil deyildir.
- Təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.


Qeydiyyatdan keçmək üçün link: http://ireli.az/2019/08/ireli-tecrube/ 

Əlaqə vasitələri


Telefon:  (+99412) 5974813
E-poçt:  ireli@ireli.az
Ünvan:  Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun 43 Dünya Biznes Mərkəzi, AZ1009