Əlaqə vasitələri
Telefon: 
(012) 597 48 13
Ünvan: 
Samad Vurgun 43, World Business Center, 4-cü mərtəbə
Gənclər Fondunun dəstəyi ilə MARŞ İRƏLİ layihəsinə start verir


“İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Marş İrəli” layihəsinə start verir

“İrəli” İctimai Birliyi artıq 2-ci dəfədir ki, açıq hava şəraitində hərbi simulyasiya formatlı düşərgə keçirəcəkdir. 8 gün ərzində baş tutacaq layihə çərçivəsində 150 nəfərə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, peşəkarlar mütəxəssislərin iştirak ilə müxtəlif təlim – məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər, müzakirələr təşkil ediləcəkdir. Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaq, nizam – intizamlı, bilikli, bacarıqlı bir vətəndaş kimi formalaşmaq yolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanması, onlarda milli ruhun formalaşmasına, fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaqdır.
“Marş İrəli” layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir. Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, onların asudə vaxtının səmərəli təşkil edilməsilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir.

Layihə ərzində nəzərdə tutulan fəaliyyətlər:

– Yarışlar

– Təlimlər

– Seminar və görüşlər

– İctimai Müzakirələr

– Komanda təqdimatları

“Marş İrəli” layihəsi haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid alın: https://ireli.az/product/marsh-ireli/

 

Son müraciət tarixi: 14.06.2019 saat 18:00

Tərəfdaşlar: Azərbaycan Respublikası Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Məkan: Goranboy, Azərbaycan

Tarix: 2 iyul – 10 iyul 2019

Fəaliyyət növü: Düşərgə (çadır)

 

İştirakçıların seçim meyarı:

– Yaş məhdudiyyəti: 17-25 yaş

– Layihədə iştirak üçün yüksək motivasiyalı olmalı

– Ekstremal şəraitə dözümlülüyü (çadır şəraiti, fiziki yarışlar və s.)

– Səhhəti ilə bağlı xroniki xəstəliyi olmamalı

– İctimai sosial aktivlik

 

Qeyd – Marş İrəli layihəsində iştirak etmiş gənclər yenidən qatıla bilməzlər.

Layihə koordinatoru: Sadiq Həsənli
Əlaqə: (012) 597 48 13
Ünvan: Samad Vurgun 43, World Business Center, 4-cü mərtəbə

Əlaqə vasitələri


Telefon:  (012) 597 48 13
Ünvan:  Samad Vurgun 43, World Business Center, 4-cü mərtəbə