Əlaqə vasitələri
Telefon: 
+994-12-596-33-84
E-poçt: 
recruitment@fincaazerbaijan.com
Ünvan: 
Cəfər Cabbarlı küç., 44, Caspian Plaza ,Bakı, Azərbaycan, AZ 1065
Finca Azerbaijan vakansiya elan edir


Böyük hüquqşünas

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal – hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı fəlaiyyətinin genişləndirilməsi ilə bağlı olaraq Baş ofisi üçün "Böyük hüquqşünas" vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
• Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Tələblər:

• Hüquq üzrə magistr dərəcəsi;
• Korporativ işlər üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, ipoteka haqqında qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis, İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 noyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində "Böyük hüquqşünas" qeyd etməklə göndərə bilərsiniz.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

Əlaqə vasitələri


Telefon:  +994-12-596-33-84
E-poçt:  recruitment@fincaazerbaijan.com
Ünvan:  Cəfər Cabbarlı küç., 44, Caspian Plaza ,Bakı, Azərbaycan, AZ 1065
Ən son Vakansiyalar
DIZAYNER
 20 Noyabr 2019
Auto Azerbaijan vakansiya
 20 Noyabr 2019
Access Bank
 20 Noyabr 2019