Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 596 33 84
E-poçt: 
recruitment@fincaazerbaijan.com
Ünvan: 
44 J. Jabbarli street,, 8th floor (Caspian Plaza), Bakı 1065
FINCA Azerbaijan baş ofis üçün işçi axtarır


Hal – hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədlərin hazırlamasına və məhkəmə işinin aparılmasına köməklik etmək;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
• Təşkilatdaxili bütün sənədləşmə işlərinin, hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində Hüquqşünaslara dəstək göstərmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi;
• 1 ilədək rəsmi iş təcrübəsinin və ya könüllü kimi təcrübəsinin olması;
• Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində KİÇİK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 596 33 84
E-poçt:  recruitment@fincaazerbaijan.com
Ünvan:  44 J. Jabbarli street,, 8th floor (Caspian Plaza), Bakı 1065