DÜNYA DRON OLİMPİADASI AZƏRBAYCAN FİNALI


DÜNYA DRON OLİMPİADASI AZƏRBAYCAN FİNALI

30 mart 2019-cu il tarixində Sabis Sun Beynəlxalq Məktəbində 7-12 yaşlı şagirdlərarası Dron Olimpiadası keçiriələcək.
Bakı və Sumqayıtın özəl və dövlət təhsil müəssisəsindən olan 80 şagird 3 kateqoriyada ən uğurlu Pilot olmaq uğrunda mübarizə aparacaq. Qeyd edək ki, onlar sentyabrdan başlayaraq AREA-ın “Mən Pilotam” dron tədris proqramında hazırlıqlara başlayıblar. Şagirdlər öz gücünü 3 fərqli kateqoriyada
1. Drone Race, 2. Drone Football,3. Drone Challenge sınayacaq.
Drone Race- şagirdlər bu kateqoriya üzrə ən sürətli pilot olmaq üçün yarışıblar.
Dron Football – şagirdlərin və qonaqların ən çox sevdiyi kateqoriya olub. Futbol heç vaxt belə kreativ olmamışdı. Onlar dronlarla havada futbol oyanyıblar.

Şagirdlərarası ən böyük rəqabət Drone Challenge kateqoriyasında olub.
Qeyd edək ki , yarışma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında RoboPark-ın əməkdaşlığı ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası tərəfindən keçiriləcək.

 

Hər kateqoriya üzrə ilk 3 yeri tutan şagirdlər sertifikat və
hədiyyələrlə qiymətləndiriləcək.

Qeydiyyat