Dövlət İmtahan Mərkəzi 2019-CU İLDƏ KEÇİRİLƏCƏK İMTAHAN VƏ DİGƏR TƏDBİRLƏRİN TARİXLƏRİ ELAN EDİLMİŞDİR


2019-CU İLDƏ KEÇİRİLƏCƏK İMTAHAN VƏ DİGƏR TƏDBİRLƏRİN TARİXLƏRİ ELAN EDİLMİŞDİR

2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edilmişdir

DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I – V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunmuşdur.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaqdır.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları  7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

 

Tədbir Tarix (2019‑cu il)  
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu  
Ərizə qəbulu 1 – 11 fevral  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 15 – 23 fevral  
QƏBUL İMTAHANI – 1-ci mərhələ 24 fevral  
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 16 – 25 aprel  
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 1 – 3 may  
Proqram seçimi 26 aprel – 7 may  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20 – 25 may  
QƏBUL İMTAHANI – 2-ci mərhələ 26 may  
68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 29 – 31 may  
AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat 6 – 9 iyun  
AMEA magistraturasına qəbul olmaq üçün müsahibə 11 – 13 iyun  
İxtisaslaşma  seçimi 7 – 18 iyun  
Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 27 iyun – 10 iyul  
Boş qalan yerlərə ixtisas seçimi 23 – 30 iyul  
Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 15 – 23 avqust  
Sınaq imtahanı (qəbul imtahanının I mərhələsi üzrə) 3 fevral  
Rezidenturaya qəbul  
Ərizə qəbulu 14 – 21 fevral  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 1 – 6 aprel  
QƏBUL İMTAHANI – 1-ci mərhələ 7 aprel  
I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 3 – 10 iyun  
İmtahana buraxılış vərəqəsinin çap edilməsi 10 – 13 iyul  
QƏBUL İMTAHANI – 2-ci mərhələ 14 iyul  
İxtisas seçimi 16 – 22 iyul  
Qəbul olan namizədlərin qeydiyyatı 29 iyul – 2 avqust  
Boş qalan yerlərə ixtisas seçimi 5 – 6 avqust  
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı 8 – 9 avqust  
Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə) 16 mart  
Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə) 11 – 16 mart  
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələri üçün)  
1-ci imtahan 5 may  
1-ci imtahanda “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 8 – 14 may  
8 – 14 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan 26 may  
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu  
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı 10 fevral  
Ərizə qəbulu  (I – V qruplar) 15 mart – 15 aprel  
QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün)  və V qrup üzrə 28 aprel  
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) 12 may  
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) 19 may  
Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 30 may – 12 iyun  
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) 30 iyun  
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) 7 iyul  
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24-28 iyun  
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla)  24 iyun – 3 iyul  
I qrup üzrə 12 – 17 iyul  
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 – 7 iyul  
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla)

 

7 iyul – 2 avqust

 
I qrup üzrə 22 – 26 iyul  
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq)  qəbul olmaq istəyənlərin qeydiyyatı 20 – 24 iyul  
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq)  qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 27 iyul – 2 avqust  
Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 22 – 25 iyul  
Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 1 avqust  
İxtisas seçimi (I – IV qrup) 24 iyul – 6 avqust  
İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) 24 iyul – 6 avqust  
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 – 27 avqust  
Boş qalan yerlərə ixtisas seçimi 15 – 19 avqust  
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust – 2 sentyabr  
Hərbi liseylərə və  Hərbi Tibb Məktəbinə tələbə qəbulu  
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı 14 iyul  
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu  
Ərizə qəbulu 22 fevral – 11 mart  
QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları) 31 mart  
QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları) 23 iyun  
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 8 – 16 iyul  
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 18 – 22 iyul  
İxtisas seçimi 24 iyul – 5 avqust  
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 8 – 23 avqust  
Boş qalan yerlərə ixtisas seçimi 27 avqust – 2 sentyabr  
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 4 – 11 sentyabr  
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu  
Ərizə qəbulu 15 mart – 15 aprel  
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) 28 aprel  
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 24 iyun – 3 iyul  
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 12 – 17 iyul  
İxtisas seçimi 15 – 19 avqust  
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 – 29 avqust  
Boş qalan yerlərə ixtisas seçimi 30 avqust – 4 sentyabr  
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 6 – 11 sentyabr  
Buraxılış imtahanları  
İlk peşə-ixtisas təhsili müəssisələri 17 fevral  
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı 18 fevral  
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 3 mart  
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 10 mart  
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 17 mart  
Ümumi (9 illik)  orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 31 mart  
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 5 may  
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 2 iyun  
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 9 iyun  
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 16 iyun  
Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 23 iyun  
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət 7 aprel  
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət 14 aprel  
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət 21 aprel  
Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 28 aprel  
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 5 may  
Dövlət qulluğuna qəbul  
   
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar 27 yanvar, 17 fevral, 17 mart, 21 aprel, 5 may, 23 iyun, 21 iyul, 18 avqust, 29 sentyabr, 27 oktyabr, 24 noyabr, 22 dekabr  
Elektron sınaq imtahanları