Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+99412 499 89 88
E-poçt: 
karyera@cinemaplus.az
Ünvan: 
Azadlıq prospekti 45, 28 Mall TM
CinemaPlus vakansiya elan edir


Şirkət: CinemaPlus

Vakansiya: Reklam satışı üzrə menecer

Vəzifə öhdəlikləri:

- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;

- Şirkətin müştəri bazasının artırılması;

- Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və təqdimatların keçirilməsi;

- Danışıqların aparılması; şərtlərin müzakirə olunması;

- Yeni əməkdaşlıq müqavilələrinin şərtlərinin razılaşdırılması və müqavilə layihələrinin hazırlanması;

- Struktur rəhbərinin təlimatına əsasən digər satış tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

- Ali təhsil

- Yaş həddi: 22-40 yaş

- Azərbaycan, və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı(inigilis dili arzuolunandır)

- MS Office proqramları üzrə biliklər

- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi

- Punktuallıq

- Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı

- Nitq qabiliyyəti

- Təqdimat hazırlamaq və keçirmək bacarığı

- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı

- Fərdi və komandada işləmək bacarığı

- Dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti:

- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri

- İstirahət günü: şənbə, bazar günləri

- İşçi korporativ nömrə ilə təmin edilir

- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Maraqlananlar öz şəkilli CV formalarını karyera@cinemaplus.az ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını "Reklam satışı üzrə menecer" qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır. Tövsiyyə məktubunun olması arzuolunandır.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +99412 499 89 88
E-poçt:  karyera@cinemaplus.az
Ünvan:  Azadlıq prospekti 45, 28 Mall TM