Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+99412 499 89 88
E-poçt: 
hr@cinemaplus.az
Ünvan: 
Azadlıq prospekti 45, 28 Mall TM
CinemaPlus 2 yeni vakansiya elan edir


1) 

Şirkət: CinemaPlus

Vəzifə : Kinoteatr direktoru

İş yeri CinemaPlus – Bakı

Vəzifə öhdəlikləri:

1. Kinoteatrın biznes, təsərrüfat və inzibati idarəetməsi.
2. Kinoteatrın əmlakının və avadanlıqlarının saz vəziyyətdə saxlanmasına və qorunmaslna tam maddi məsuliyyət.
3. Kinoteatrın kadrlarının idarə edilməsi. Məzuniyyət planlarının, iş və istirahət vaxtları qrafiklərinin tərtibinə və icrasına nəzarət.
4. Xidmət səviyyəsinə nəzarət.
5. Konfliktli məsələlərin həlli.
6. Kinoteatrın yerləşdiyi Ticarət Mərkəzinin rəhbərliyi və idarəetmə strukturları ilə sıx əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi.
7. Cəmiyyətin digər infrastrukturları ilə sıx əlaqədə işləmək və təkliflər vermək, nəticələri nəzarətdə saxlamaq.
8. Digər strukturlar tərəfindən təşkil olunan tədbirləri və s. aksiyaları həyata keçirilməsini nəzarətdə saxlamaq.
9. Kinoteatrın repertuarının tərtib olunmasında iştirak etmək, tələbata uyğun təkliflər vermək.

Tələb olunan səriştələr və vəzifəryə olan tələblar:

• Ali təhsil.
• Təsərrüfatın idarə edilməsi bacarığı;
• Rəsmi sənədləşmə və hesabatlılıq;
• Maliyyə nəticələrinin analizi;
• Kadrların idarəedilməsi və motivasiyası;
• Azərbaycan və Rus dillərinni səlist bilməli (ingilis dili arzuolunandır)
• Kinobiznesi və kinomotaqrafiya sahəsindən anlayışlı;
• İnzibati idarəetmə işində ən azı 3 il iş təcrübəsi;
• Müasir ofis avadanlıqlarından, social şəbəkələrdən məharətlə istifadə bacarığı
• Koorporativ yazışma

Yaş : 30-40
Cins : Qadın/ Female Kişi/ Male

Maaş (Net) : 1000 AZN

İş qrafiki: 5 Günlük

Digər şərtlər:

- Other Günün istənilən vaxtında kinoteatrın fəaliyyəti ilə bağlı zənglərə və sorğulara cavab vermək imkanı, yaranan problemlərin dərhal həll olunması üçün tədbirlərin görülməsi.
- Nahar şirkət hesabına
- Gecə saatlarında evə catdırılma şirkət hesabına

E-mail: hr@cinemaplus.az

Qeyd: Xahiş olunur mailin mövzu hissəsində “Kinoteatr direktoru” qeyd edəsiniz.

 



2) 

Vəzifə: Barmen

İş yeri: Gənclik MALL, 28 MALL

Vəzifə öhdəlikləri:

- Express barda təqdim olunan malların satışının həyata keçirilməsi;

- Popcorn hazırlamaq və satışını həyata keçirmək;

- Satışları R-keeper vasitəsi ilə həyata keçirmək və müştəriyə çek vermək;

- Günün sonunda qalıq hesabatının hazırlanması;

- Növbəti gün üçün tələb olunan malların siyahısının hazırlanması;

- Günün əvvəlində anbardardan mal qəbul etmək və jurnallarda qeydiyyat aparmaq;

- Məhsulları yararlılıq müddətinin təyin edilməsi və vaxtında satışının həyata keçirilməsi, əks təqdirdə satışdan çıxarılması;

- Korlanmış məhsulların qaytarılması;

- Müştərilərə qarşı daim gülərüzlü olmaq;

- Geyim formasına və şəxsi qiqiyena qaydalarına ciddi riayət etmək;

- Iş rejiminə, iş qrafikinə və daxili intizam qaydalarına ciddi riayət etmək;

- Iş yerini təmiz saxlamaq.

Vəzifəyə olan tələblər:

- Azərbaycan vətəndaşı;

- 6 ay – 1 il qida məhsullarının satışı sahəsində iş təcrübəsi;

- Kollektivdə işləmək bacarığı;

- Pul vəsaitləri ilə davranma bacarığı;

- Azərbaycan və rus dillərində sərbəst danışmalı;

- R-keeper kassa sistemində işləmək bacarığı - arzuolunandır;

Yaş: 20 və 30

Cins: Q/ K

Maaş(Net): 317 AZN +

İş qrafiki: 6 Günlük(sürüşkən qrafik)

Digər şərtlər: Nahar şirkət hesabına gecə saatlarında ünvana çatdırılmaq üçün nəqliyyat təmin olunur.

E-mail: karyera@cinemaplus.az

Qeyd: Xahiş olunur mailin mövzu hissəsində “Barmen” və namizəd olduğunuz digər vəzifəni qeyd edəsiniz.

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +99412 499 89 88
E-poçt:  hr@cinemaplus.az
Ünvan:  Azadlıq prospekti 45, 28 Mall TM