Əlaqə vasitələri
Telefon: 
051-340-39-13
E-poçt: 
iqram.office@gmail.com
Bankçılıq və Sığorta mövzusunda maarifləndirici seminar


İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) yanında İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzinin (İQRAM), AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) və Azərbaycan Milli QHT Forumunun birgə tərəfdaşlığı ilə28 Dekabr 2019-cu il, saat 09:30-da Aqrar Tədqiqatlar Mərkəzinin konfrans zalında (Bakışəhəri, Nizami küçəsi, 92) “İslam Maliyyəsi: Bankçılıq və Sığorta” mövzusunda maarifləndirici seminar keçiriləcəkdir.
Qeyd edək ki, ölkəmizdə əhalinin sahibkarlığa meylinin günü-gündən artdığı, təşəbbüskarların maliyyə resurslarına çıxışının genişləndirilməsinin zərurətə çevrildiyi bir şəraitdə Azərbaycanda İslam maliyyə alətlərinin, Bankçılığınvə Sığortanın (Təkafül) tətbiq olunması günümüzün aktual məsələsinə çevrilmişdir. Seminarda AAOIFI-nin (İslam Maliyyə İnstitutlarının Audit və Mühasibatlıq təşkilatı)  Şəriət məsələləri üzrə auditor və məsləhətçisi olan Anar Yusufzadə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Maliyyə xidmətləri üzrə siyasət və büdcə proqnozu” sektoru, şöbə müdirinin müavini Gündüz Əliyev və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, i.f.d. Ruslan Atakişiyev gələn qonaqları İslam bankçılığı və sığortası ilə bağlı geniş şəkildə məlumatlandıracaqlar.
Bununla yanaşı seminarda İslam bankçılığının müdarəbə alətindən, onun praktikada tətbiqi imkanlarından, AAOİFİ standartlarından , müştərək sığorta prinsipləri əsasında İslam sığortası- Takaful  və onun mövcud Qanunvericilik çərçivəsində tətbiq olunmasının imkan və perspektivlərindən geniş danışılacaqdır.
Seminar İslam maliyyəsinə maraq göstərən hər kəs üçün nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak etmək istəyənlər 051-340-39-13, 077-767-24-67 nömrələrinə whatsapp vasitəsilə mesaj, iqram.office@gmail.com e-mail ünvanına ad, soyad və mobil nömrələrini yazmaqla qeydiyyatdan keçə bilərlər.
Əlaqə üçün: Qafqaz Qəhrəmanlı
Tel: (994 12) 432-71-75; (994 77) 767-24-67


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Seminarlar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin

Əlaqə vasitələri


Telefon:  051-340-39-13
E-poçt:  iqram.office@gmail.com