Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
050 885 96 60
E-poçt: 
hr@bankofbaku.com
Ünvan: 
Baş ofis: Bakı ş. Atatürk pr, 42
Bank of Baku yeni vakansiya elan edir


Bank of Baku yeni  vakansiya elan edir

"Bank of Baku" İnformasiya texnologiyaları departamentinin baş eksperti vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər

o Bankın informasiya texnologiyalarının təhlükəsizliyinin təşkili və bu sahədə beynəlxalq və dövlət standartlarına uyğun olan siyasətlərin və konsepsiyaların tətbiqi
o Bankın mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin işə davamlılığının, informasiya təhlükəsizliyinin səviyyəsinin mütəmadi təhlili və aşkar olunan problemlərin aradan qaldırılması
o İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların araşdırılması və inkişafı
o Bankda tətbiq olunan yeni proqram təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarət edilməsi
o Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
o Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını aparmaq

Seçim meyarları

o İnformasiya texnologiyaları üzrə ali təhsil
o Azərbaycan dili əla, rus və ingilis dili üzrə yaxşı səviyyədə biliklər
o Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər
o Kompüter şəbəkələrinin, TCP/IP protokollarının, şəbəkələrarası ekranların, IPS, SIEM, DLP iş prinsiplərinə dair biliklər
o Mühafizənin təhlili və boşluqları təsbit edən şəbəkə skanerlərindən istifadə edilməsinə dair biliklər (Nessus, OpenVAS)
o Sahə üzrə 3-5 il iş təcrübəsi
o Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

o İş yeri: Əməliyyat Mərkəzi 
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnformasiya texnologiyaları departamentinin baş eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  050 885 96 60
E-poçt:  hr@bankofbaku.com
Ünvan:  Baş ofis: Bakı ş. Atatürk pr, 42