Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 499 79 95
E-poçt: 
g.shikhaliyeva@btb.az
Ünvan: 
Yusif Səfərov küçəsi, Bakı 1025
Bank BTB təcrübə proqramı elan edir


Bank “BTB” ASC təcrübə proqramı elan edir

Təcrübə proqramı 2019
“Karyeranı bizimlə başla!”- Marketinq departamenti

Bank “BTB” ASC istedadlı, inkişaf yönümlü və savadlı tələbələrə “Karyeranı bizimlə başla!” adlı ödənişli təcrübə proqramına qoşulmağa dəvət edir. Bankımız tərəfindən irəli sürülən bu əhəmiyyətli təşəbbüs tələbələrin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Bank “BTB” ASC-də karyera qurmasında dəstəyini təmin edir.

Müraciət əsasları

Təcrübə proqramında bakalavr pilləsinin 4-cü kurs tələbələri və yeni məzunlar olanlar iştirak edə bilər.

Təcrübə proqramında iştirak üçün tələbələrdən CV-ni azərbaycan dilində 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərti ilə PDF formatında “Təcrübə proqramı 2019 Ad/Soyad” başlığı ilə g.shikhaliyeva@btb.az mail ünvanına göndərmələri xahiş olunur.

Tələblər:

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (marketinq, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan və ingilis dilləri;
• Ünsiyyətqurma və təqdim etmək bacarığı;
• Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti;
• Analitik düşüncə;
• Komandada işləmək qabiliyyəti.

Proqram üzrə məlumat:

• Bankımız təcrübəyə dəvət olunan tələbəni hər ay təqaüdlə təmin edəcək;
• Təcrübə proqramı 3 ay müddətinədir (oktyabr-noyabr-dekabr)

Qeyd: Bankımızın struktur və xidmətləri ilə ətraflı maraqlanan tələbələr aşağıdakı web sayta daxil olub məlumat əldə edə bilərlər:
https://www.btb.az/


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 499 79 95
E-poçt:  g.shikhaliyeva@btb.az
Ünvan:  Yusif Səfərov küçəsi, Bakı 1025