Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 505 02 02
E-poçt: 
cv@azergold.az
Ünvan: 
2H Mikayil Mushfig St, Baku
AzerGold TƏRCÜMƏÇİ axtarışındadır


AzerGold QSC

Əsas vəzifə və öhdəliklər:

Elmi, texniki, ictimai-siyasi, iqtisadi və başqa xüsusi ədəbiyyatları, patent yazılarını, normativ-texniki və mal müşayiət edici sənədləri, xarici ölkələrin idarə və müəssisələri ilə olan yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların materiallarını tərcümə etmək;
Tərcümələrin əslini leksik, üslub və məna məzmununa dəqiq uyğunluğunu, elmi və texniki termin və qanunlara münasib qoyulmuş tələblərə riayət olunmasını təmin edərək, müəyyən olunmuş müddətdə şifahi və yazılı, tam və qısaldılmış tərcümələr etmək;
Tərcümə materiallarını redaktə etmək;
Xarici materiallar üzrə tematik xülasələrin tərtib olunmasında iştirak etmək;
Terminlərin vahid şəklə salınması, elm, texnika və ya iqtisadiyyatın müvafiq sahəsi üzrə tərcümənin məzmunu, anlayış və təriflərinin təkmilləşdirilməsi işini, edilmiş tərcümələrin, uçotunu, sistemləşməsini aparmaq;
Tələb olunduğu zaman xarici səfərlərə ezam olunmuş rəhbər işçilərlə birlikdə onları müşayiət edərək tərcümə xidmətlərini (şifahi və yazılı) təşkil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:

MS Office proqramlarını bilməli;
Müvafiq qanunvericilik aktları və normalarını;
Müvafiq xarici dili, elmi-texniki tərcümənin metodikasını, müəssisə, idarə və təşkilatların fəaliyyətinin ixtisaslaşmasını;
Tədqiqatların, hazırlanmış işlərin Azərbaycan və müvafiq xarici dildə mövzular üzrə terminologiyasını, lüğətlərlə işləməyi, elmi və ədəbi redaktənin əsaslarını, metodiki və digər materialların tələblərini;
Məsuliyyətli və diqqətli olmalı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
Yüksək kommunikasiya bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:

Ali təhsil (müvafiq sahə üzrə);
Minimum 1-3 il müvafiq sahədə iş təcrübəsi.


Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “tərcüməçi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 505 02 02
E-poçt:  cv@azergold.az
Ünvan:  2H Mikayil Mushfig St, Baku