Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 437 79 00
E-poçt: 
info@ibar.az
Ünvan: 
Nizami küçəsi 67
Azərbaycan Beynəlxalq Bankından möhtəşəm təhsil və karyera imkanı


Azərbaycan Beynəlxalq Bankından möhtəşəm təhsil və karyera imkanı! 
Bank yeni sosial layihəsi çərçivəsində ölkəmizin biznes mühitində ilk dəfə olaraq özünün İnformasiya Texnologiyaları Akademiyasını yaradır.
IT sahəsində bilik və bacarıqlar qazanaraq peşəkar karyera qurmaq istəyən 20-34 yaş arasında hər kəs burada təhsil ala biləcək. 
Akademiyada təhsil tam ÖDƏNİŞSİZ olacaq.

Bank bu sosial layihəni “DAN.IT Education” mərkəzinin tərəfdaşlığı ilə reallaşdırır. “DAN.IT Education”in Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qlobal şirkətlər təmsil olunur. Akademiyada tədris prosesi İsrailin IT təhsili sistemi və bu sistemin məşhur TELEM metodu əsasında aparılacaq. 
Burada təşkil olunan bootcamp təlimlər FrontEnd və BackEnd daxil olmaqla 2 əsas istiqaməti əhatə edəcək, həmçinin Mobile Application və Business Intelligence mövzuları da əlavə tədris olunacaq.

Akademiyaya qəbul üçün müsabiqə sentyabrın 9-da elan ediləcək.

Ətraflı: http://bit.ly/2YRRz15

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 437 79 00
E-poçt:  info@ibar.az
Ünvan:  Nizami küçəsi 67