Əlaqə vasitələri
Telefon: 
(012) 404 99 88
E-poçt: 
Cv@atena.az
Ünvan: 
25 D Ahmad Rajabli, Baku
Atena Group Vakansiya


Keyfiyyət şöbəsinin müdiri

İş barədə məlumat:

• Şirkətin strategiyası, missiyası və siyasətinə uyğun keyfiyyətə nəzarət şöbəsinin işini təşkil etmək.
• ISO, BRC və tətbiq olunan digər standartlarla bağlı mütəmadi olaraq təlimlərin, yoxlamaların keçirilməsini təşkil etmək
• Şirkətin sahib olduğu keyfiyyət idarəetmə sistemlərinin tələblərinin tamamilə yerinə yetirilməsini təmin etmək, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.
• Şirkət daxili yoxlamaların nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və ya qabaqlayıcı fəaliyyət planlarını tərtib etmək və icrasını təmin etmək.
• Təchizatçı şirkətlərin keyfiyyət göstəricilərini, satınalma şöbəsi ilə sıx əlaqədə olmaq şərtilə, daima nəzarətdə saxlamaq, ehtiyac halında təchizatçı şirkətləri ziyarət etmək və bu proseslərin nəticələri ilə bağlı rəhbərliyə hesabat vermək.
• Müştərilərdən gələn müraciətlərin (şikayət, məmnuniyyət, təklif) nəzarətdə olmasını və həmin müraciətlərlə bağlı tədbir görülməsini təmin etmək.
• Qurulması planlaşdırılan, davam etdirilən və ya yenilənən qida təhlükəsizliyi standartlarına əməl edilməsini təmin etmək.
• Şöbəsi daxilində iş bölgüsünü və məsuliyyətləri müəyyən etmək.

Tələblər:

• Ali ixtisas təhsili (Qida mühəndisliyi, Kimya, Biologiya və s.)
• İSO, BRC, HAACP üzrə təcrübə
• Süd məhsullarının istehsal texnologiyasını bilməli
• Müvafiq sahədə 5 il iş təcrübəsi
• MS Office biliyi
• İngilis və rus dili biliyi

Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə qabiliyyəti
• Stress altında işləmək bacarığı
• Liderlik və komandada işləmək bacarığı

İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi, Atena Süd zavodu
İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə  təmin edilir.  
İş qrafiki: I-VI  günlər 09:00-18:00 dək

Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər  2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Əlaqə vasitələri


Telefon:  (012) 404 99 88
E-poçt:  Cv@atena.az
Ünvan:  25 D Ahmad Rajabli, Baku