Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 342 19 48
E-poçt: 
hr@at-geotech.com
Ünvan: 
M. Rasulzade 10 Bakü
AT-Geotech sonda işlə təmin olunacaq Təcrübə Proqramı


İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran və

1.Kimya
2.Geodeziya
3.Geologiya
4.Mühasibatlıq 
5. İT 
6.Riyaziyyat 
sahələri üzrə yüksək ixtisas biliklərinə sahib gənclər üçün təcrübə proqramı elan edirik!

Təcrübəyə seçim müsahibə əsasında və bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilir:

1. Testləşdirmə - Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları

2. Müsahibə.

Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxslərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur. Hər sahə üçün minimum 2 vakant yer!

Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

- Azərbaycan Respublikasının vətəndaşı

- Tam və ya Natamam-Ali təhsil (Məzun və sonuncu kursda təhsil alan tələbə)

- Səlis nitq

- Əlavə dil bilgiləri (intermediate)

- Sərbəst şəkildə komputer biliyi (Microsoft office - intermediate)

- AutoCAD və Data processing sahəsində bilgi (Geodeziya sahəsi üçün)

- Məntiqi təfəkkür

Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.

(Geodeziya sahəsi üçün bəy namizədlər bölgələrə ezama hazır olmalı)

Təcrübə proqramına qoşulmaq istəyənlərdən hr@at-geotech.com ünvanına CV formalarını göndərərkən mövzu yerində aidiyyatı sahəni (Məsələn:"Geodeziya sahəsi üzrə təcrübə proqramı") qeyd etmələri xahiş olunur.

*şirkət haqqında : www.at-geotech.com

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 342 19 48
E-poçt:  hr@at-geotech.com
Ünvan:  M. Rasulzade 10 Bakü