Əlaqə vasitələri
E-poçt: 
hr@dline.az
Ünvan: 
Əhməd Rəcəbli 33, AZ1075 Baku, Azerbaijan
Accountant şirkəti vakansiya elan edir


Komandamıza qoşulacaq mühasib namizədlər axtarırıq.


Əgər tələblər və bacarıqlar sizi təsvir edirsə CV-zi hr@dline.az email ünvanına göndərə bilərsiz.

Ümumi Tələblər 

1. Bütün növ əməliyyatların (Bank, Kassa, Anbar) sənədlər əsasında yoxlanılaraq proqrama daxil edilməsi və müxabirləşmələrin verilməsinin həyata keçirilməsi;
2. Əmək haqqı fondunun hesablanılmasına, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək ;
3. Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
4. DSMF, İşizlik hesabatlarının hazırlanması və təqdim edilməsi;
5. Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
6. EQF, EVH tərtib olunması və göndərilməsi
6. İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək, 6-cı gün 10:00-dan 15:00-dək (tələb olunduğu halda);
7. Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşəcək

NAMİZƏDƏ TƏLƏBLƏR

- Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
- MÜHASİBATLIQ üzrə minimum 3-5 İL İŞ TƏCRÜBƏSİ (istehsal, ticarət, xidmət)
- MS Office(xüsusilə Excel), 1C , Logix, e-gov, e-taxes
- Əmək qanunvericilyi üzrə məlumatlarının olması
- Yeni və köhnə hesablar planı üzrə biliklərin olması
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlarının olması
- Bütün növ (Vergi, DSMF, Statistika) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
- Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olması;

BİZİM HAQQIMIZDA; Azərbaycanın maliyyə, mühasibat və insan resursları sahəsində ixtisaslaşmış şirkəti “DEVELOPMENT LİNE” bu sahələrdə bizneslərə outsource xidmətləri təqdim edir. Xidmətlərimizdə təqdim etdiyimiz və bizimlə işləyən mütəxəssislərimizdə axtardığımız nüanslar dəqiqlik, bütovlük və etibarlılıqdır.

Əlaqə vasitələri


E-poçt:  hr@dline.az
Ünvan:  Əhməd Rəcəbli 33, AZ1075 Baku, Azerbaijan