Əlaqə vasitələri
Telefon: 
+994 124656105
E-poçt: 
gtdschoolbaku@gmail.com
Ünvan: 
Ünvan: Elmlər akademiyası metro sts çıxışı, Hüseyn Cavid prospekti 81
"Yazılı və Şifahi Tərcüməçilik” ÖDƏNİŞSİZ seminar!


Yazılı və Şifahi Tərcüməçilik ÖDƏNİŞSİZ seminar!

Əziz dostlar!

GTD School Training Center Sizlər üçün “Yazılı və Şifahi Tərcüməçilik” mövzusunda seminar təqdim edir. Bu proqram sizləri hazırda tərcüməçilik karyerası qurmaq üzrə olan və ya işində tərcümə etmək məcburiyyəti ilə üzləşən və peşəkar tərcüməçi məsləhətlərinə ehtiyac duyan, tərcümə bacarıqlarına sahib olmaq və bu sahədə işləmək fikrində olan gənclərimiz üçün zəruri məlumatlar vermək məqsədi ilə hazırlanmış bir təlimdir.
Tərcüməçilik sahəsi üzrə uğurlu karyera qurmaq üçün yalnız hər hansı bir dili yüksək səviyyədə bilmək kifayət etmir. Faktiki olaraq, bu peşə yalnız təcrübə əsasında qazanıla biləcək müəyyən bilik və bacarıqlar tələb edir.
Bu proqram çərçivəsində yeni başlayan tərcüməçilər tərcümə sahəsində əsas bacarıqları, həmçinin, bu bacarıqların inkişafı üçün bəzi təməl yolları öyrənəcək, praktiki təlimlərdə iştirak etmək şansı əldə edəcəklər.

Təlimçi – Amin Məmmədov
Amin Məmmədov 2001-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsini bitirib, bakalavr dərəcəsi alıb. 2003-cü ildə həmin fakültədən fərqlənmə ilə Magistr dərəcəsi alıb. 2006-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada təhsil alıb. Fəlsəfə Doktoru elmi dərəcəsi üzərində işləyir. Respublikamızda və ölkəmizdən kənarda dövlət qurumlarının, həmçinin Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi, BMT və digər beynəlxalq təşkilatların həyata keçirdiyi bir sıra layihələrdə tərcüməçilik (yazılı və şifahi – ardıcıl, sinxron) edib və digər vəzifələrdə işləyib. Hazırda beynəlxalq layihədə Layihə rəhbərinin müavinidir. Tərcümə, layihə idarəetməsi, satınalma, strateji planlaşdırma, kommunikasiya və s. ilə əlaqədar sahələrdə 15 il peşəkar iş təcrübəsi və təlimçi təcrübəsi var. Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir.

Təlimdə iştirak üçün ilk öncə Eventi “GOİNG” etməyiniz, daha sonra aşağıdakı linkdəki qeydiyyat formunu doldurmağınız xahiş olunur:
https://forms.gle/UvsDVPKby2DFBbyD9

Yerlərin məhdud olması səbəbindən erkən qeydiyyatdan keçməniz tövsiyə olunur! Təlimə seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq.

Seminarın keçiriləcəyi tarix: 18 may 14:00


Ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya aşağıdakılardan biri ilə əlaqə saxlaya bilərsiniz:
+994 124656105
+994 552037130
+994 552037139 (WhatsApp)
gtdschoolbaku@gmail.com
Ünvan: Elmlər akademiyası metro sts çıxışı, Hüseyn Cavid prospekti 81
 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Əlaqə vasitələri


Telefon:  +994 124656105
E-poçt:  gtdschoolbaku@gmail.com
Ünvan:  Ünvan: Elmlər akademiyası metro sts çıxışı, Hüseyn Cavid prospekti 81