"Mənim Visam" verilişi


"Mənim VİSAm” verilişi

Gənclərin işsizliyinə bir çox səbəblər var, məsələn, xüsusi bacarıqların olmamaması, yanlış təhsil sistemi, əmək bazarı ehtiyacları (tələb) və təhsil sistemi (təklif) arasındakı uyğunsuzluqlar, özünə inamın olmaması və iş yeri strukturlarının yanlış qurulması və.s

"Mənim VİSAm” verilişində proqrama dəvət edilən qonaqlar karyera, karyera planlaması, əmək bazarı, karyera inkişafı, şəxsi inkişaf və.s bu kimi mövzularda onlara ünvanlanan sualları cavablandırırlar. Qeyd edək ki, verilişin adında olan və karyera planlamasında çox vacib sayılan “VİSA” anlayışın açıqlaması da məhz  belədir:
V alues – dəyərlər
İ nterests - maraqlar
S kills – bacarıqlar və qabiliyyətlər
A ims – məqsədlər və hədəflər

Maraqlısı budur ki, biz bu verilişdə VİSA-nı xaricə getmək, səyahət etmək üçün deyil də, real iş dünyasından gəlmiş qonaqlarımız vasitəsi ilə xoşbəxt, firavan, harmoniyalı və mənalı həyat qurmaq, ən əsası isə öz karyerasını qurmaq istəyən gənclərə kömək etmək üçün istifadə edirik.

Verilişin ilk qonağı “Data SoCool” şirkətinin həmtəsisçisi İsa Zeynaldır. Qonağımız verilişdə aparıcının ona ünvanladığı sualları çox gözəl, maraqlı, səmimi şəkildə cavablandırıb.

Aşağıdakı linkdən baxa bilərsiniz:
https://youtu.be/XyEy0KOd6b4


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
Ən son Maraqlı məlumatlar
Telebelerə faydalı
Xaricdə Çörək
SMM NƏDİR ?