Kateqoriya - Sosial fəaliyyət
Müəllif - Nahid Babayev
1 Dekabr 2019
Əziz tələbələr,
Ekosivil Dünya Klubu, AYAFE Gənclər Təşkilatı və Binəqədi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı, Edumap.az və buqelemun.com-un media tərəfdaşlığı ilə 6-7 Dekabr 2019-cu il tarixlərində “Brundtland Komissiyası- BMT Baş Assambleyası Modeli ”adlı simulyasiya konfransı baş tutacaq. Konfransın təşkilində əsas məqsəd gəncləri Davamlı İnkişaf Məqsədlərini daha dərindən analiz etməyə və siyasi münasibətlər sahəsində təcrübələrə yiyələnməyə çağırmaqdır.
Simulyasiya oyununda qlobal iqlim dəyişikləri və mövcud iqtisadi, sosial risklərdən, eyni zamanda qlobal istiləşmənin qarşısının alınması istiqamətində Baş Assambleyanın ata biləcəyi addımlar müzakirə olunacaqdır.
“Brundtland Komissiyası” simulyasiya oyunu iki mərhələdən
- 6 dekabr 13:00 (təlim)
-7 dekabr 11:00 (konfrans) ibarətdir.
Qeyd - Simulyasiya oyununda iştirak tamamilə ödənişsizdir.
Son qeydiyyat tarixi : 04 dekabr 2019
Aşağıdakı linkə daxil olaraq qeydiyyat keçə bilərsiniz: ⬇
QEYDIYYAT LINKI
Buqelemunu digər sosial şəbəkələrdə də izləyin: