Bu şirkət haqqında məlumat
Windows 10-un aprel yeniləməsi istifadəyə verildi – xəbərlər


Microsoft Windows 10 əməliyyat sistemi üçün 6 aydan bir böyük yeniliklər edəcəyini açıqlamışdı.

 Bu ilin ilk böyük yeniləməsi olaraq “Windows 10 April Update” artıq bir sıra cihazlarda istifadəyə verilib.

Bu vaxta qədər iki dəfə yenilənən Windows 10 üçüncü yenilənməsini həyata keçirib. Təbii ki, Windows 10 Insider Program-dan qeydiyyatdan keçən istifadəçilər gələcək yenilikləri əvvəlcədən test etmək imkanına sahibdirlər.

Timeline, Focus Assist və daha çoxu

Windows 10 April 2018 adında yenilik ilə gələn əməliyyat sistemi bir çox yeniliyi təqdim edib.

  • Bu yeniliklərdən biri də Timeline-dır. Bu yenilik Microsoft hesabını istifadə edən cihazlar arasında əlaqə quraraq, hətta cihazı 30 gün əvvəlki halına da qaytara bilir ki, bu da itən və ya yenidən baxmaq istədyiniz məlumatları və layihələri yenidən əldə etməyinizə kömək edir.
  • Yeniliklərdən biri də Focus Assist-dir. Cihazınıza gələn bildirişləri səssiz rejimə almaq imkanı təqdim edən bu yenilik həm də istəsəniz, bütün bu bildirişlərin xülasəsini də sizə təqdim edir.
  • Digər bir yenilik Nearby Sharing-dir. Bu yenilik veb saytları, şəkilləri və ya sənədləri yaxınlıqdakı Windows 10 sistemli cihazla paylaşmağa kömək edir. Bu yenilik Bluetooth vasitəsilə çalışır və bir növ Apple-ın AirDrop-u kimidir. Yaxınlıqdakı dostlarınız və ya iş yoldaşlarınızla paylaşımlar edə biləcəyiniz bu yenilik e-mail-dən daha tez işləyir.
  • Bundan başqa, Microsoft-un internet brauzeri Edge-yə də bir sıra yeniliklər gəlib. Bu yeniliklərdən biri də epub, pdf kimi faylları brauzerdə açan zaman burada qrammatika alətləri təqdim etməklə ingilis dilli yazılarda sözləri kök və şəkilçiyə ayırmaq, isim, sifət, felləri ayrı rənglərdə göstərməklə dil öyrənmək istəyənlər üçün də əlverişli mühit yaradır.

Mənbə: texnologiya.az | buqelemun.com
 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat