Bu şirkət haqqında məlumat
Velosipedin Tarixçəsi


Velosipedi təkcə bir şəxs və ya bir ölkə ixtira etməyib.Müasir velosipedin yaradılması təxminən 100 il zaman almış və çox insanlar tərəfindən işlənib hazırlanmışdır.

 

100 ilin sonlarına yaxın velosipedlər yenidən elə qurulmuşdu ki, artıq insanlar bir yerdən başqa yerə onunla səyahət edirdilər.

İlk velosipedlər

Velosipedlər 1800-cü illərdə ilk dəfə Şotlandiyada təzahür etmişdi.Bu ilk velosipedlərin iki təkəri var idi, lakin pedalları yox idi.Sürücü yastıq üstündə otururdu və velosipedini hərəkət etdirənə kimi ayaqları ilə gedirdi.

Çox keçmədən fransız ixtiraçı ön təkərə pedallar əlavə etdi. Sürücülər pedalları döndərmək üçün ayaqlarından istifadə edirdilər. Bununla yanaşı, pedala basmaq çox çətin idi, çünki o zamankı velosipedlər çox ağır idilər.Velosipedin strukturu bərk polad borulardan düzəlmişdi və taxta təkərlər poladla örtülmüşdü.Velosipedlər Paris parklarında yarış edən gənclər arasında məşhurlaşmışdı.

Velosiped sürmək çox çətin olduğundan onu nəqliyyatda istifadə etməyi heç kəs düşünmürdü. İnsanlar marketə və ya iş yerlərinə getməyə velosipedlərdən istifadə etmirdilər.

Bəzi dəyişikliklər edildi

1870-ci illərdə amerikalı istehsalçılar velosipedin xaricdə çox məşhur olduğunu gördülər. Onlar da velosiped düzəltməyə başladılar, lakin bir fərq var idi.Onlar velosipedin strukturunu içiboş polad borulardan düzəltdilər.Bu seçim velosipedləri çox daha yüngül etdi, lakin sürücülər hələ də qısa məsafə getmək üçün güclə pedala basırdılar. Əlavə olaraq yollar olduqca çala-çuxur idi, belə ki, sükanı idarə etmək çətin idi.

Hündür çarxlar

Sonrakı dəyişikliyi Britaniya istehsalçıları pedala basmağı daha da asanlaşdırmaq üçün çarxlara etdilər.Onlar belə nəticəyə gəldilər ki, əgər ön təkər daha böyük olsa idi, velosiped hər pedalı döndərəndə daha böyük məsafə qət edərdi. Bununla da onlar ön təkərləri böyük olan velosiped dizayn etdilər.Arxa təkəri isə balaca etdilər. Balansı qorumaq çətin idi, çünki sürücülər böyük ön təkərin üstündə yüksəkdə oturmalı idilər ki, pedala çata bilsinlər. Nəticədə onlar balansı itirsələr, özlərini zədələyə bilərdilər.Bu təhlükəyə baxmayaraq böyük təkərlər İngiltərədə çox məşhur oldu.

Daha təhlükəsiz velosiped

Amerikalı istehsalçıların bu dəfəki məqsədləri daha təhlükəsiz velosiped düzəltmək idi. Onlar nəhəng ön təkərləri balaca təkərlər ilə əvəz etdilər və hərəkətverici mexanizmanı daha geniş arxa təkərə qoydular. Sürücü üçün arxa təkərdə pedala basmaq imkansız idi.Belə ki, mühəndislər ayaq lingləri sistemi dizayn etdilər.İlk öncə sağa, daha sonra isə sola basmaqla sürücü uzun metal tiri yuxarı və aşağı hərəkət etdirirdi.Bu, arxa təkərləri döndərdi və velosiped irəliyə doğru hərəkət etdi. Çünki yeni təhlükəsiz velosiped keçmiş təhlükələri minimallaşdırırdı .Beləliklə, gün keçdikcə daha çox insan gündəlik fəaliyyətində velosipedlərdən istifadə etməyə başladı.

Müasir velosiped yarandı

Britaniyalılar son dəfə dizaynı dəyişdilər.Onlar iki bərabər ölçülü təkər düzəltdilər.Elə bir mexanizma yaratdılar ki, arxa təkərləri döndərmək üçün zəncirdən istifadə edilirdi.Bu son dəyişikliklə müasir velosiped yarandı.

Sonrakı təkmilləşmələr tormoz,rezin təkərlər və işıqlar velosipedi sürərkən daha da rahat etməkdən ötrü əlavə edildi.1900-cü il etibarilə velosiped sürmək hər yaşdan olan kişilər və qadınlar arasında çox məşhur oldu.Bugün dünyada milyonlarla insanlar velosipedi nəqliyyatda, əyləncə, idman və ya təlim üçün sürür.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat