UNEC-də yazılı imtahanlarla bağlı dəyişiklik


UNEC-də yazılı imtahanlarla bağlı dəyişiklik

 

Yazılı kollokvium və imtahanlar haqqında

UNEC rektorunun göstərişinə əsasən 2018/2019-cu tədris ilinin Payız semestrindən başlayaraq yazılı kollokvium və imtahanlarda tələbələrə kollokvium zamanı cəmi 2 sual, imtahan zamanı isə cəmi 5 sual təqdim ediləcəkdir. Kollokvium zamanı hər sual 10 bal nisbətində qiymətləndirilir və alının nəticələr cəmlənərək 2-yə bölünməklə kollokviumun yekun balı müəyyən olunur. (məs. 1-ci sual 5 bal, ikinci sual 7 bal. Yekun bal 5 + 7 / 2 = 6 bal) Əgər yekun nəticənin yuvarlaqlaşdırılmasına ehtiyac yaranarsa, sadə riyazi yuvarlaşqlaşdırma qaydası tətbiq olunur (məs., 1-ci sual 6 bal, ikinci sual 7 bal. 6 + 7 / 2 = 6,5 - Yekun bal = 7 bal). İmtahan zamanı tələbənin nəticəsi 5 sualın hər birinin nəticəsinin yalnız cəmlənməsi ilə müəyyən edilir. Kollokvium və imtahanlarda hər suala verilən balın meyarları isə aşağıdakılardır: - 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir; - 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir. - 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; - 7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir; - 6 bal - tələbənin cavabı əsasən düzgündür; - 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir; - 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir; - 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır; - 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var; - 0 bal - suala cavab yoxdur.