Uçuruma uzun-uzun baxarsınızsa, uçurum da sizin gözlərinizin içinə baxmağa başlayar.


Fridrix Nitsşenin yaddaşlarda iz buraxan aforizmləri

 

15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi. 

Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin  ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş" idi. Amma kəskin zəkasının inancına vurduğu zərbələr getdikcə daha da güclənirdi. Beləcə 18 yaşında Nitsşe artıq bir dindardan artıq bir şübhəçi idi. Amma o, bu barədə heç kimə heç nə demirdi, Nitsşe susqun idi. Və ömrünün axırına kimi belə yaşadı. 

  1. Xəyalımızın məhv edilməsi, bizə hələ həqiqət vermir, bizim bilmədiklərimizi artırır, boş fəzamızı genişləndirir.
  2. Özünün əldə edə biləcəyin haqqın, başqaları tərəfindən sənə hədiyyə edilməsinə razı olma.
  3. Gerçək kəşf edilmir, yaradılır. Bu, sonu olmayan bir prosesdir.
  4. İnsan bərk-bərk tutmalıdır ürəyini, tutmalıdır ki, getməsin. Əgər getməyinə icazə versə, çox keçmədən ağlı da ürəyinin arxasınca gedər.
  5. Danışmağa uğuru olmayan, çəkdiyi acıyla öyünür.
  6. İnsan pis fikirləri olduğuna görə utanmaz. Özgələrin onun pis fikirlərini bilmə ehtimalından utanar.
  7. Qorxunu bilən, amma onu məğlub edəndə vardır ürək; uçurumu görən, amma qürurla izləyəndə.
  8. Azadlıq nədir? Heç kimin qarşısında utanmamaq.  
  9. Kim canavarla döyüşməyi fikirləşirsə, bir canavara çevrilməyi də fikirləşsin. Uçuruma uzun-uzun baxarsınızsa, uçurum da sizin gözlərinizin içinə baxmağa başlayar.   
  10. İnsanlığın daxilində dəhşətverici bir güc—özünü deşarj etmə, ürəyində olanları boşaltma istəyidir.   
  11. Həqiqi və böyük uğurlar, xoşbəxtliklə tanış deyil.   
  12. İnsanın ən çox istifadə etdiyi yalan onun öz-özünü aldatdığı yalanlardır. Başqalarına yönəlmiş yalan bunların yanında heç nədir.
Ən son Maraqlı məlumatlar
Xaricdə Çörək
SMM NƏDİR ?