Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin diqqətinə - TƏQAÜDLƏ BAĞLI XƏBƏR VAR


Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə təhsil əlaqələrinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Türkiyə təqaüdləri” çərçivəsində bu ölkədə oxuyan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.