Bu şirkət haqqında məlumat
Tələbələr öyrənmə və tədris haqda nə düşünür?


 Tələbələr öyrənmə və tədris haqda nə düşünür?

Mary Ann Wolf tərəfindən

"İstərdim ki, müəllimlərimin mənim hobbilərim və maraqlarım haqqında məlumatları olsun və mən də onlar barəsində daha çox şey bilim",- deyə beşinci sinif şagirdi bildirdi.

Eyni məktəbin yuxarı sinif oğlan şagirdi isə belə deyirdi: “Hər kəsin öyrənmə üsulu fərqlidir və ilk öncə biz bunu başa düşməliyik”.

Təhsil Nazirliyi tez-tez təhsilə yeniliklər gətirmək və bunu təhlil etmək üçün qrup müzakirələri təşkil edir. Bu görüşlərdə müxtəlif rayonlardan və məktəblərdən mənfəət güdməyən nümayəndələr, yenilikçi fikirlərə sahib şəxslər, şirkətlər və rəhbərlər iştirak edir.

Bəzən biz müəllimləri də dəvət edirik və bu zaman benefisiarların çağırılmaması məni olduqca narahat edir. Şagirdlərin gələcək perspektivləri niyə bizim bu müzakirələrdən kənarda qalır?

Bir müddət öncə Friday İnstitutu bir sıra qurumlarla ortaq şəkildə Fərdi Öyrənmə Sammitinə ev sahibliyi etdi.  Bu sammitə hazırlıq dövründə vaxtı deyil də, əsas nəticəni ön planda tutduq. Buna görə də tələbələr və müəllimlər kimi düşünərək hər şeyi hazırladıq.

Şimali Karolinada dövlət məktəbinin tələbə və müəllim heyəti aşağıdakı suallarla bir Dizayn yarışına qatıldılar:

  • Tələbələr fərdi öyrənmə üsulu haqqında nə bilmək istərdilər;
  • Müəllimlərinin nə istədiklərini;
  • Müəllimlər öz tələbələri və öyrənmə yolları barədə nə bilmək istərdilər.

Tələbə və müəllimlərlə Dizayn yarışı.

Dizayn yarışı üçün modellər Stanford və Spencer modelinə uyğun hazırlanmışdır. Tələbələr sualları hazırlayıb bir-birlərindən müsahibə götürdülər və beləliklə, bir prototip yaratdılar. Sonra isə öz işlərini yekunlaşdırdılar. Maraqlısı odur ki, müəllimlər və tələbələr eyni nəticəyə gəldilər, hər iki qrup münasibətlərə diqqət yetirmiş, bir-birini yaxşı başa düşmək istəmişlər.

Tələbə və müəllimlər sammitə başladılar. Görüşə qatılan universitetlər, şirkət və qurumlardan qatılan yüzlərlə təhsil işçisi, müəllim və nümayəndələr müəllimlərlə öz təcrübələrini paylaşdılar.

Onların gəldikləri nəticə aşağıdaki kimi idi:

  • Münasibət məsələləri: Tələbələr müəllimlərini daha yaxından tanımaq və onların vəzifə öhdəliklərini bilmək istəyirdilər. Müəllimlər isə dərsdən əlavə dərs dediyi uşaqları tanımaq istəyirdilər.
  • Mövzu və bununla bağlı məsələlər: Tələbələr, xüsusən universitet tələbələri əsl təcrübəyə yiyələnmək istəyirdilər. Onlar problemləri həll etməyi arzulayırdılar.
  • Hər tələbənin öz öyrənmə metodu vardır. Tələbə və müəllimlər görüş boyunca  müxtəlif yollarla öyrəndiklərini vurğuladılar.

Tələbə ilə hər şeyə başla

Bizim ilk öyrəndiyimiz şey budur ki, tipik dərs metodunu dəyişmək üçün fikirlərimizi dəyişməli və yeniliklərə açıq olmalıyıq.

Biz həqiqətən tələbələri başa düşmək, onların metodlarını xarakterizə etmək istəyiriksə, onlarla ünsiyyətdə olmalıyıq. Belə ki, onların hədəf və məqsədlərini öyrənərək onlara daha çox kömək etmiş olarıq.

Bu zirvə görüşünün nəticəsi olaraq, Friday İnstitutu dərslərin daha yaxşı başa düşülməsi və öyrənmə üsullarını əhatə edən jurnal dərc etmişdir.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat