Bu şirkət haqqında məlumat
Tələbələr necə iş tapa bilər?


Tələbələr necə iş tapa bilər?

Xarici tələbələr üçün dərs ili müddətində yarım günlük iş tapmaq daha asandır. Dərs stressindən qurtulmaqla yanaşı, işləməklə tələbə həm pul, həm də müstəqil həyat təcrübəsi qazana bilər.

Lakin siz dərslərə diqqət yetirməlisiz, bəzən işlərin çoxluğu universitet dərslərinə mane olur. Belə olan halda gərək işə davam etməyəsiniz, çünki təhsil işdən daha önəmlidir. Tələbələrin işləməsi dünyada geniş yayılmışdır və müəssisələr dərs saatlarına uyğun olaraq iş vaxtını dəyişə bilərlər.

İndi isə əsas sual budur: Tələblər necə iş tapa bilər? Məzun olduqdan sonra işə müraciət etdiyiniz kimi tələbələrin də işləyə biləcəyi müxtəlif müəssisələr vardır. Bu məqalədə iş tapmağın asan yolları göstərilmişdir.

  1. Hansı sahədə işləmək istədiyinə qərar ver.

İlk öncə hansı sahə yaxud sektorda işləmək istədiyinizi müəyyən etməlisiniz. İncəsənətdən, memarlığa, inşaatdan turizmə və tibdən dərziliyə qədər yüzlərlə iş imkanı var.

  1. Hər iş üçün ayrıca CV hazırlayın.

Hamının bildiyi kimi sizin CV-niz olmalıdır və burada sizin peşəkar fəaliyyətləriniz qeyd edilməlidir. Lakin siz gərək bütün vakansiyalara eyni CV ilə müraciət etməyəsiniz. Hər şirkətin tələbinə uyğun hazırlanmış CV-niz olmalıdır. Məsələn, müəssisə elanda namizədin natiqliq bacarığının və ya ünsiyyətcil olmağını xüsusən vurğulayırsa, bunları CV-nizdə göstərərək işə qəbul şansınızı artıra bilərsiniz.

3. İnternetdən iş elanlarını araşdırın.

Doğru istifadə edərək internet iş tapmaq üçün olduqca dəyərli bir mənbədir. Orada yüzlərlə saytlar vardır və bunlar müxtəlif iş imkanları təklif edir. Burada qeydiyyatdan keçərkən harada oxuduğunuz, maraqlarınız və şəxsi keyfiyyətləriniz kimi ətraflı məlumat yazmalısınız.

  1. İş tapmaq üçün işədüzəltmə agentliklərinə müraciət edin.

İş tapmağın başqa bir yolu isə işədüzəltmə agentliyinə qeydiyyatdan keçməkdir. Bu cür şirkətlər sizin bacarıqlarınıza və keyfiyyətlərinizə uyğun iş olarsa, sizə xəbər edir. Beləliklə, bütün uyğun vakansiyalardan xəbərdar olmuş olursunuz. Bundan əlavə universitetin karyera mərkəzinə müraciət edərək, onların təklif etdiyi şansları da dəyərləndirə bilərsiniz.

  1. İşə götürənlərlə üzbəüz görüşün.

Mənim fikrimcə, iş tapmaq üçün ən effektiv üsullardan biri də üz-üzə görüşüb danışmaqdır. Bu yolla sizin işə daha çox həvəsli olduğunuz görünəcək və siz digər namizədlərdən bir addım öndə olacaqsınız. Menecerlə müsahibə adətən qeyri-rəsmi görüş olur və əgər siz onlara özgüvəninizi, qərarlılığınızı sübut etsəniz. Onlar sizi işə alacaqlar.

 

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat
Ən son Maraqlı məlumatlar
Telebelerə faydalı
Xaricdə Çörək
SMM NƏDİR ?