Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
7878
E-poçt: 
info@kaspi.edu.az
Ünvan: 
Bakı şəhəri, Xocalı prospekti 57 A (Kaspi Liseyi, 6 - cı mərtəbə)
TƏHSİL ŞİRKƏTİ MÜHASİB VƏZİFƏSİ ÜZRƏ VAKANSİYA ELAN EDİR


“Kaspi” Təhsil Şirkəti mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Lisey üzrə daxil olan və çıxan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək, onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
• Xərc smetalarının icrasını, görülən iş və xidmətlərin uçotunu aparmaq;
• Liseyin göstərdiyi məhsul və xidmətlərin maya dəyərinin hesablanması üzrə tövsiyələr vermək və məlumatla təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosesə nəzarət etmək;
• Mövcud qanunvericiliyə uyğun olaraq liseyin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Liseyin əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək;
• Liseyin aylıq və illik maliyyə hesabatlarının hazırlanması üzrə tövsiyələr vermək və lazımi dəstək göstərmək;
• Şagird ödənişlərinin vaxtında yığılmasını təşkil etmək, gecikdirilən ödənişlərlə bağlı müvafiq tədbirlər görmək;
• Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.

Vakansiya tələbləri:

• Müvafiq sahə üzrə ali təhsil;
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
• MS Office proqramlarından yüksək istifadə bacarığı.

Əlavə məlumatlar:

• İş qrafiki: I-V günlər  09:00-18:00
• İş yeri: Bakı ş., “Kaspi” liseyi
• Elan tarixi: 18.10.2018
• Son müraciət tarixi: 31.10.2018

Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  7878
E-poçt:  info@kaspi.edu.az
Ünvan:  Bakı şəhəri, Xocalı prospekti 57 A (Kaspi Liseyi, 6 - cı mərtəbə)