Bu şirkət haqqında məlumat
Tanınmış Planetlərin üçdə birində nəhəng okeanlar var imiş


Su həyatın əsas komponentidir- və yeni tədqiqat onu bütün qalaktikada tapa biləcəyimiz fikrini irəli sürür.

 

Alimlər ümumilikdə kosmosdan keçən, lakin bizim Günəş Sistemimizdə olmayan Nəhəng Dünyaları araşdırıblar. Bu daşlı-qayalı dünyalar Yer kürəsindən bir neçə dəfə böyükdür.

Tanınmış Nəhəng Dünyaların tədqiqatı zamanı komandanı heyrətə salan bir şey meydana çıxıb: onlardan çoxu həqiqi suyun mövcud olduğu dünyalar ola bilər.

Araşdırmaya görə bu planetlərin çoxunda Yer kürəsində olan suyun yarısı qədər su ola bilər. Müqayisədə,su Yer kürəsinin kütləsinin sadəcə cüzi bir hissəsidir.Lakin bu o demək deyil ki, Nəhəng Planetlər yaşamaq üçün uyğun yerlərdir.

Harvardın aparıcı komandası Yer kürəsinin radiusu ilə müqayisədə 1.5 dəfə az olan planetlərin quru və qayalıq olduğunu müəyyən etmişdirlər.

Yer kürəsinin radiusundan 2.5 dəfə çox olan Nəhəng Dünyaların Neptun və Uranın kiçicik versiyalarına bənzədiyi ehtimal olunur.

Bizim Günəş Sistemimizdəki suyun mövcud olduğu iki planet yaşam üçün heç də uyğun yerlər deyildir. Bu cür Nəhəng Planetlər əsasən, su buxarı atmosferinə bürünür.Bundan başqa bu okeanların sularında yüksək təzyiq və 200-500 arası istilik olduğuna ehtimal edilir.

Lakin bu göstəricilər planetlərdəki həyatın qarşısını almır.

Harvard Universitetindən tədqiqatın aparıcı təşəbbüskarı Li Zeng söyləyir, “Belə suların mövcud olduğu planetlərdə təzyiq, temperatur və kimyəvi şərtlərin münasib olduğu səth təbəqələrinə yaxın yerlərdə yaşamaq üçün həyat yaratmaq mümkündür.”

Zeng həmçinin bu planetlərin atmosfer qatının əsas dərin tərəfi ilə qaz nəhəngi əmələ gətirdiyinə inanır.

Zeng söylədi, “bir nüans dərk edilməlidir ki, suyun Yer kürəsində və Günəş Sistemi daxilindəki digər quru planetlərdə dəyərli və nadir olmasına baxmayaraq, kainatdakı ən dəyərli maddələr olan hidrogen və heliumdan sonra üçüncü yerdə oksigen gəlir.”

Tədqiqat komandasının fikirlərinə əsaslanaraq bilinən planetlərin 35 faizində suyun mövcud olduğu qənaətinə gəlinir.

Bu da gələcək illərdə başqa planetlərdə yeni okeanların(exo-okeanlar) kəşf ediləcəyi deməkdir.

 

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat