Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
051 250 97 47
E-poçt: 
recruitment@future.az
Ünvan: 
AF Business House,Nizami küç
Şəki Regional Debat Mərkəzi ilə “Future Centers Group”MMC arasında Əməkdaşlıq Konsepsiyasının imzalanması mərasimi keçirilmişdir.


Şəki Regional Debat Mərkəzi ilə “Future Centers Group”MMC arasında Əməkdaşlıq Konsepsiyasının imzalanması mərasimi keçirilmişdir.

 

04 sentyabr 2018-ci il tarixində Şəki şəhərində, “Future Centers Group” MMC və Şəki Regional Debat Mərkəzi arasında əməkdaşlıq konsepsiyası imzalanmışdır. Tədbirin  açılış mərasimində Mərkəzin icraçı direktoru Aysel Sadıqlı və MMC-nin Baş direktoru Emil Zakirli çıxış edərək, mərasimin keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs ediblər.

Şəki Regional Debat Mərkəzi, Şəki şəhər Gənclər və İdman İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən yaradılmışdır. Mərkəz regionun ən böyük gənclər bazasına malik olmaqla, bir çox iri layihələrin realaşdırılmasını həyata keçirmişdir. Şəki Regional Debat Mərkəzi daxilində Azərbaycan Pedaqoji Universitetinin Şəki filialının, Şəki Tibb kolleci, Şəki Dövlət Regional kolleci və Şəki Dövlət Texniki kolleclərinin debat klubları, həmçinin Şəki Kreativ Gənclər Klubu, Gənc Təbiblər Klubu və Şəki Gənc Sahibkarlar klubları fəaliyyət göstərir.

Əməkdaşlıq Konsepsiyası çərçivəsində Future Centers Groupa daxil olan Future Recruiment Center, Future Tax & Audit Center, Future Education & Training Center və Future Art Centerin həmçinin, Şəki Regional Debat Mərkəzinin fəaliyyət istiqamatləri üzrə qarşılıqlı əməkdaşlığın dəstəklənməsinə töhfə verilməsini ehtiva edən məqamlar öz əksini tapmışdır.

Qarşlıqlı əmədaşlıq sayəsində hər iki tərəfində təşəbbüsləri nəticəsində region üçün, fayda gətirəcək işlərin həyata keçirməsinin təmin edilməsi hədəflənir.

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  051 250 97 47
E-poçt:  recruitment@future.az
Ünvan:  AF Business House,Nizami küç