Bu şirkət haqqında məlumat
Səhiyyə Nazirliyi tibb və əczaçılıq sahəsində elmi tədqiqat-ların aparılmasını AMEA ilə birlikdə istiqamətləndirəcək


əıSəhiyyə Nazirliyi tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını AMEA ilə birlikdə istiqamətləndirəcək

 

1 Mart, 2018  12:39 xeber – Səhiyyə Nazirliyi tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birlikdə istiqamətləndirəcək.
“Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9-cu (Nazirliyin hüquqları) maddəsinin 7-ci bəndinə dəyişiklik edilib. Belə ki, Səhiyyə Nazirliyi qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə istiqamətləndirmək və əlaqələndirmək hüququna malikdir.
İndiyədək isə bu hüquqa yalnız Səhiyyə Nazirliyi malik idi.
 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat