Sağlam yaşlanmaq üçün sağlam yaşamalıyıq


Sağlam yaşlanmanın birinci şərti odur ki, gənclik yaşlarından etibarən sağlam yaşamağı həyat tərzimizə çevirməliyik.

 

Bu bir həqiqətdir ki, yaş irəlilədikcə artıq bir çox xəstəliklərin görülmə tezliyi artır. Artıq yaşa dolduqca, daha keyfiyyətli yaşayış  üçün bu sağlıq problemlərindən qorunmağımız vacibdir. Buna görə də yaşlı insanlarda xroniki xəstəliklərdən yaranan problemləri azaltmaq, müstəqil yaşama bacarıqlarını, fiziki və psixoloji fəaliyyəti maksimum dərəcədə davam etdirmək üçün müntəzəm olaraq illik “check-up” müayinə etdirmək tövsiyyə olunur.

Yaşlılarda hər il qrip əleyhinə peyvənd, pnevmaniyaya (ağ ciyər iltihabı) qarşı olan və 5 ildən bir edilən peyvənd, həmçinin tez-tez yaralanma riski ilə qarşılaşdıqlarına görə tetanus peyvəndinin vurulmasına laqeydlik göstərilməməlidir. Qan azlığı gənclərə nisbətən yaşlılarda daha çox görülür. İllik qan analizlərinin götürülməsi, qan azlığı olan yaşlılarda bu xəstəliyin səbəblərinin araşdırılması və müalicə edilməsi çox vacibdir. Spirtli içki içmək və siqaret çəkmək kimi pis vərdişləri olan yaşlılara dəstək olmaq lazımdır ki, bu vərdişləri tərgitsinlər. Yaşlılar çoxlu dərman qəbul etdikləri üçün bəzən bu dərmanlar onlara əks təsir göstərə bilər. Amma həkim bu dərmanların istifadə qaydasını bildiyi üçün xəstəni və ailəsini mümkün olan risklər barədə məlumatlandırmalıdır.

Gənclik dövrlərində olduğu kimi yaşlandıqda da əzələ kütləsinin azalıb yağ kütləsinin isə çoxalmasının qarşısını almaq üçün idmanla məşğul olmaq şərtdir. Uzun müddət hərəkətsiz qaldıqda, kalori ehtiyacı azalır və bu, bədənindəki yağ kütləsi artan yaşlılarda kökəlməyə səbəb ola bilir. Hərəkətsiz yaşayış səbəbindən əzələ kütləsinin azalması maddələr mübadiləsinin yavaşlamasına səbəb olar və bədəndə insulinə ehtiyac yaranar. Bu da şəkər, yüksək qan təzyiqi, ürək, damar xəstəlikləri üçün zəmin yaratmış olar.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır