Bu şirkət haqqında məlumat
Qadınların və kişilərin qoxusu.


Qadınların və kişilərin qoxusu.

 

İnsanların qoxusu cinslərinə görə dəyişir.

Lakin onlar haqqında bəzi məlumatlar tanımadan belə qarşı tərəfə ötürülə bilir. Çünki bədən incə qoxularla bəzi siqnallar yayır. Bu yeni tədqiqatda alimlər kişilərin və qadınların qoxuları ilə bir-birinin diqqətini çəkə biləcəyini vurğulayır.

Bu təqdiqat insan bədənin feromon adlanan kimyəvi siqnallar ifraz etdiyini göstərir və bu qoxular bir insanın digərini necə tanımasına təsir edir.  Alimlər bu feromonun təsirlərini həşəratlar, kalmar və sürünənlər də daxil olmaqla, bütün növ heyvanlarda göstərmişdir.

Ven Zhou “Science News”-a verdiyi müsahibədə yeni tədqiqatın “cinslər üzrə feromonların mövcudluğu” haqqında olduğunu qeyd etmişdir. Pekində Elmlər Akademiyasının bir tədqiqatçısı insan bədəninin qoxuları tanıma bacarığının olduğunu tədqiq etmişdir.

Zhou deyir ki, insanlar da heyvanlar kimi kimyəvi maddələr ifraz edir. Məsələn, bir dişi donuz erkəkdən kimyəvi qoxu aldıqda çiftləşməyə hazır olur. Kişilərin qoltuqaltı və saç diblərində buna bənzər kimyəvi maddələr yaranır. Bu, androstadienone adlanır. Başqa bir qrup alimlər qadınların belə qoxu aldıqda əhvallarının yüksəldiyini qeyd edir. Eyni şəkildə, estratetraenol adlanan kimyəvi maddə kişilərin əhval-ruhiyyəsini artırmağa kömək olur.

Bu iki araşdırmanı aparmaq üçün Zhou və kolleqaları 48 kişi və 48 qadın üzərində testlər aparmaq üçün işə götürmüşlər. Alimlər işçilərə komputer ekranında 15 nöqtəni göstərən video göstərdi. Eyni zamanda hər kəs bu iki maddədən birini uddu. Onlar bunun nə olduğunu öncədən bilirdilər.

Komputer ekranındaki nöqtələr insana bənzəmirdi. Halbuki, bu, əslində gəzən insanlar toplusu idi, bu yolla tədqiqat aparılırdı.Bu zaman kişilər qadınların qoxusunu alsa idi, onlar nöqtələrin insan olduğunu anlama ehtimalları olduqca yüksək idi. Qadınlara da buna bənzər test edilsə idi, eyni reaksiyanı verərdilər. Belə ki, qadınlar qoxu aldıqdan sonra nöqtələrin yerinə qarşı cins gördüklərini dedilər. Cinsi azlığı olan insanların reaksiyaları isə üst-üstə düşürdü.

Zhou qeyd edir ki, beyin avtomatik şəkildə ifraz edilən qoxuları ayırd edir.

Lakin bütün tədqiqatçılar insan feromonları ilə əlaqədar sualların cavabı ilə qane olmur, onlar başqa səbəblərin olduğunu iddia edirlər. Məsələn, bunlardan biri də Riçard Dotidir. O, Filadelfiyada Qoxu və Dad mərkəzinin rəhbəridir.

“Science News”da Doti “İnsan feromonları anlaşı hələ də mübahisəli məsələdir”,- deyə qeyd edir. Məsələn, yeni araşdırmalar real həyatı əks etdirməyə bilir. İnsan bədəni burunun belə heçnəyi hiss edə bilməyəcəyi qədər aşağı səviyyədə ifraz edə bilər. Bu fərziyyələr doğrudursa, kimyəvi maddələrin testlərdə göstərildiyi qədər güclü olmadığını da qeyd etmişdir.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat
Ən son Maraqlı məlumatlar
Xaricdə Çörək
SMM NƏDİR ?