Od ilə buzun birləşməsi


 

 

Sönmüş bir yanardağın parçalarından ibarət olan qayalar dünyanın ən soyuq qitəsi Antarktidada turistlərin ən sevimli dayanacaqlarından biridir.

Mətbuat.az Türkiyə  mediasına istinadla bildirir ki, yüksəklikləri 20 metrə qədər olan buz qayaları təbii və bənzərsiz gözəlliyi ilə görənləri heyrələndirir.

Dünyanın ən soyuq qitəsi Antarktida elmi araşdırmalara mövzu olmaqla yanaşı təbii gözəllikləri ilə də məşhurdur. Antarktikada yerləşən Erebus buz qayaları bambaşka bir dünyanın qapılarını açır.

Erebus buz qayaları adını yunan mifologiyasındakı Xaos tanrısının oğlu Erebusdan götürən Erebus yanardağında yerləşir. Ross adasını əmələ gətirən dörd yanardağdan biri olan Erebus hazırda Antarktikanın ən aktiv yanardağıdır.

İngilis qütb kəşfiyyatçısı Ceyms Klark Ross tərəfindən 1841-ci ildə kəşf edilən dağın ərazisi dünyada sadəcə 5 ədəd olan lava göllərindən birinə ev sahibliyi edir. Təxminən 1 milyon 300 il əvvəl yaranmağa başlayan və yüksəkliyi dəniz səviyyəsindən 3794 metr olan Erebus dağının içi lavalar sayəsində həddindən çox isti ikən çöldə dondurucu bir atmosfer hakimdir. Dağın ətrafındakı buz mağaralarının istiliyi 32 dərəcəyə çatır və bu mağaraların içindən vulkanik qazlar çıxır.

Erebusdakı buz mağaralarınıniçi bir çox sirlərlə gizlidir. Avstraliyalı elm adamları donmuş buz təbəqəsinin altında yerləşməsinə baxmayaraq aktiv yanardağ tərəfindən isidilən mağaralarda daha əvvəl kəşf edilməmiş bəzi bitki və heyvan növlərinin yaşaya biləcəklərini ortaya çıxarıb.

Bu bölgəyə səyahət edən turistlər sıx nəzarət altında səyahətlərini həyata keçirirlər.

Ən son Maraqlı məlumatlar
Xaricdə Çörək
SMM NƏDİR ?