Niyə İtaliyada Təhsil almalısınız? - ÜSTÜNLÜKLƏR


İtaliya Avropanın büdcənizə ən uyğun gələ biləcək universitetlərinə sahibdir. Baxmayaraq ki, yaşayış xərcləri Milan və Roma kimi şəhərlərdə yüksəkdir, nisbətən kiçik şəhərlərdə yaşam daha ucuza başa gəlir. Böyük universitetlər çox vaxt sizə yaşayış yeri tapmaqda kömək edəcəkdir və hətta əgər şansınız varsa, ucuz tələbə evləri də tapa bilərsiniz.

İtaliyadakı xaricdə təhsil proqramları ya İtalyan universitetləri ilə partnyor şəkildə fəaliyyət göstərir, ya da müstəqil akademik proqramlardır. Dərslər leksiyalar şəklində keçirilir və sonda şifahi imtahan ilə semestr bitmiş olur. Müstəqil proqramlar isə Amerikan universitetlərinin dərs proqramlarına bənzəyir.

Avropanın digər universitetləri ilə müqayisədə İtaliyanın dövlət universitetləri ucuz başa gəlir. Belə ki, orta hesabla İtaliyanın dövlət universitetləri illik təxminən 1,000 avro olduğu halda daha prestijli universitetlərin ödənişi daha yüksək ola bilər.

İtaliyada hazırda sayı 500-dən çox ingilis dilində tədris olunan təhsil proqramları vardır ki, ildən ilə onların seçim imkanları çoxalır.

İtalyan universitetlərinin kampusu universitetin yerləşdiyi şəhərcikdir. Bir çox italyan tələbə universitetin kampus daxilində təşkil etdiyi mərasimlərdə iştirak edərək sosiallaşır və yeni dostlar qazanaraq bu imkandan lazımınca istifadə edirlər.

İtaliya universitetlərində təhsil

Dünyanın ən qədim universiteti olan Boloqna Universiteti 1088-ci ildən bəri dünyanın hər bölgəsindən tələbə qəbul edir və 21-ci əsrdə belə bu universitet dünyanın akademik mərkəzi sayılır.

 Rome Tor Vergata Universiteti də İngilis dilində tədris olunan 12dən çox beynəlxalq dərəcəli kurs təklif edir. 1982-ci ildə bünövrəsi qoyulan bu universitet Avropanın ən gənc universitetlərindən sayılıb tələbələr tərəfindən ən çox üstün tutulanlardandır.

İtaliya həmçinin Avropada yerləşən ən prestijli biznes universiteti olan və ölkənin maliyyə mərkəzi olan Milanda yerləşən  SDA Bocconi Universitetinə ev sahibliyi edir.

İtalyanlar öz tarixi və mədəniyyəti ilə çox qürur duyurlar. Elə indiki zamanda da İtaliya hələ də dünyanın incəsənət, moda mərkəzidir. İtalyanlar sadə şeylərə dəyər verərək yaşayırlar, xüsusən bunları onların mətbəx mədəniyyətində və gündəlik həyatında görmək mümkündür.

İtaliya əlbəttə ki, dünyada öz mətbəxinin çox çeşidliyi ilə məşhurdur. Məşhur italyan naharları axşam saat 8-də başlayır və bir neçə saat davam edir. Baxmayaraq ki, seçə biləcəyiniz yemək tipi İtaliyanın hansı bölgəsində olmağınızdan asılıdır, pasta,şərab və gelato desserti hər zaman hər yerdə tapa biləcəyiniz ən məşhur italyan mətbəx nümununələrindəndir.

İtaliyanın iqlimi təhsil almağı seçdiyiniz ərazidən asılıdır. Sorrento kimi cənubda yerləşən ərazilərdə hava mülayim keçdiyi halda Milan kimi şimalda yerləşən böyük şəhərlərdə isə hava nisbətən soyuq olur.

İtaliyada təhsil almaq yeni mədəniyyətə uyğunlaşma tələb edir, ancaq italyan dili və həyat tərzinə uyğunlaşmağa çalışmaq nə qədər çətin gəlsə də, siz bu prosesdən sosial,şəxsi və akademik cəhətdən bir çox fayda ala bilərsiniz.

İtaliya ilə bağlı hər hansı bir sualınız varsa, Celt Narimanov filialı ilə əlaqə saxlayıb suallarınıza cavab əldə edə bilərsiniz.

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: 050 787 57 66


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Maraqlı məlumatlar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Ən son Maraqlı məlumatlar
Telebelerə faydalı
 7 Sentyabr 2019
Xaricdə Çörək
 3 İyul 2019