NAYORA könüllü hərəkatının bir parçası olmağa dəvət edir!


NAYORA könüllü hərəkatının bir parçası olmağa dəvət edir!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Gəncləri (16-29 yaş) böyük könüllü hərəkatının bir parçası olmağa dəvət edir!

Aşağıdakı fəaliyyət istiqamətləri üzrə NAYORA-nın könüllüləri arasına qatıla bilərlər:

  • Layihələrin idarə olunması;
  • İctimaiyyətlə əlaqələr – PR;
  • İT və Proqramlaşdırma;
  • Beynəlxalq əlaqələr;
  • İnsan resursları;
  • Sənədlərlə iş;
  • Mühasibatlıq
  • Təlimçilik bacarıqlarının inkişafı

NAYORA könüllüsü olmaqla əldə edəcəklər:

  • Unudulmaz gənclik abu-havası;
  • Gənclik enerjisi ilə əldə olunmuş geniş təcrübə və bacarıqlar;
  • Peşəkar komanda ilə işləmək şansı;
  • NAYORA və onun üzvləri tərəfindən keçirilən layihələrdə iştirak şansı;
  • Gənclər siyasəti və gənclər sektoru haqqında dərin biliklər;
  • Xarici dil vərdişlərində inkişaf;
  • Layihə idarətməsi bacarıqları;
  • Beynəlxalq təcrübə;
  • Aktiv, intellektual, kreativ və səmimi dostlar;
  • Fərqlənmə sertifikatları və diplomlar;
  • Dəstək məktubları və xasiyyətnamələr;
  • Və qeyd etmədiyimiz böyük dəyərlər.

Xahiş edirik, aşağıdakı qeydiyyat linkini öz üzvləriniz arasında və sosial şəbəkə profillərinizdə paylaşasınız..

Qeydiyyat: http://bit.ly/2Muv0ZX