Müsabiqə elanı


  Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq cari il 3 noyabr tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə keçiriləcəkdir.
     Müsabiqədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2018-ci il tarixli İ-15 nömrəli əmri ilə təsdiq edilmiş ““Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında göstərilən strateji yol xəritələrinin icrası üzrə Maliyyə Nazirliyinin Tədbirlər Planı”nın 4.2.5-ci bəndi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə verilmiş tapşırığın icrası olaraq bu ilin sentyabr ayından başlayaraq Bakı şəhərində “KOS subyektlərində mühasibat uçotunun aparılması, habelə maliyyə hesabatlarının tərtib edilməsi” mövzusunda keçirilən təlimlərə cəlb edilmiş dinləyicilər, habelə respublikamızın ali təhsil müəssisələrində “Mühasibat uçotu və audit” ixtisası üzrə ayrı-ayrı təhsil pillələri üzrə (bakalavriat, maqistratura) təhsil alan və təhsili bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. 
     Test və yazılı şəkildə təşkil ediləcək müsabiqənin nəticəsi üzrə qaliblərə Təşkilat Komitəsi tərəfindən üç mükafat (Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək üçün I yer alan iştirakçı üçün - 500 /beş yüz/ manat məbləğində təlim paketi; II yer üçün - 300 /üç yüz/ manat məbləğində təlim paketi; III yer üçün isə - 200 /iki yüz/ manat məbləğində təlim paketi) və Mərkəzin “Sertifikatı”nın verilməsi nəzərdə tutulmuşdur.
     İştirak üçün 25 oktyabr 2018-ci il tarixinədək metm.musabiqe@gmail.com elektron ünvanında qeydiyyatdan keçmək tələb edilir


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin