Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
99412 505 1414
E-poçt: 
artim@yarat.az
Ünvan: 
Bayil Küç. Milli Bayraq Meydanına yaxın
MÜSABİQƏ / AÇIQ HAVADA PABLİK ART OBYEKT


MÜSABİQƏ / AÇIQ HAVADA PABLİK ART OBYEKT

ARTIM Layihə Məkanı İçərişəhər ərazisində quraşdırılacaq pablik art obyekt üçün açıq müsabiqə elan edir.

Müraciətlətin qəbulu üçün son gün: 30 Sentyabr

ARTIM Layihə Məkanı yerli rəssamlara göstərdiyi dəstək proqramı çərçivəsində, yeni açıq müsabiqə elan edir. Müsabiqə İçərişəhərdə, Qüllə küçəsində açıq havada quraşdırılacaq art obyekt üçün aparılır. Art obyekt xüsusi olaraq ARTIM layihəsinin əsas mahiyyətini vurğulamalıdır.

Açıq müsabiqədə iştirak üçün peşəkar və həvəskar rəssam, heykəltəraş, memar, dizayner və s. yaradıcı peşə sahiblərinin müraciətləri qəbul olunur. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Hər iştirakçı istənilən sayda təklif göndərə bilər.

Göndərilən art obyekt təkliflər aşağıdaki meyarlara uyğun olmalıdır:
– ARTIM layihəsinin konseptinə uyğun
– Diqqəti cəlb edən
– Kreativ, qeyri-adi yanaşma təklif edən
– İçərişəhərdə yeni turizm obyektinə çevrilə biləcək
– Ətraf təsirlərə dözümlü materialdan olmalı

Təklifləri artim@yarat.az poçt ünvanına göndərərkən, aşağıdakı məlumatları qeyd etmək mütləqdir:

– Müəllifin adı, soyadı
– Əlaqə telefonu
– Art obyektin yazılı təsviri (konsept və texniki şərtlər)
– Art obyektin eskizləri

ARTIM haqqında:

ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  99412 505 1414
E-poçt:  artim@yarat.az
Ünvan:  Bayil Küç. Milli Bayraq Meydanına yaxın