Mükəmməl tələbə olmaq üçün yalnız 5 dəqiqə zaman lazımdır…


Mükəmməl tələbə olmaq üçün yalnız 5 dəqiqə zaman lazımdır…

Siz onları heç vaxt küncdə tək ayaq üstdə dayanan görməmisiniz.Bu mükəmməl tələbələri mükəmməl edən bir sıra müsbət vərdişlər və yanaşma tərzləri vardır ki, bu da onları sinifdə ən yaxşısı olmağa gətirib çıxarır.Buyurun 23 mükkəmməl tələbə vərdişləri:

1.Onlar heç də həmişə bütün ev tapşırıqlarının hamısını etmirlər.

Ev tapşırıqlarının hamısını yerinə yetirmək tələbələrin çoxu üçün zaman itkisi hesab olunur.Düzdür, çalışmaları etmək sizə biliyi beyninizə yeritməyinizə kömək edir ,lakin bu məsələlərin böyük əksəriyyəti çox zamanınızı almaqla yanaşı heç imtahanda sual kimi qarşınıza belə çıxmır.

2.Onlar heç vaxt dərslikdən oxumurlar.

Yeni dərsi mənimsəmək üçün dərsliyi açmaq ən az təsirli bilik öyrənmə metodudur.Mükəmməl tələbələr misallardan istifadə edirlər,məsələləri təcrübədən keçirirlər,lakin bundan başqa da Google ,mühazirə qeydləri və köhnə imtahan oxu materiallarından istifadə edirlər.

3.Onlar hər şeyi Google vasitəsilə axtarıb tapırlar.

Bu artıq mükəmməl tələbə üçün qeyri-ixtiyari bir vərdişə çevrilib.Yeni nəslin yeni müasir anlayış şəkli=tez izah istəyirsənsə Google-a gir.Düşünmə ki, müəllimə ancaq dərslikdən verib və də yalnız lövhədə yazdığı bir neçə nümunələr sənə lazım olan məlumatdır.Barmaq uclarında kütləvi pulsuz axtarış mühərriki var.Belə ki bundan faydalanmağa dəyər.

4.Onlar intensiv olaraq özlərini test edirlər.

Testlər etmək yeni dərs materialını mənimsəməniz üçün beyninizi işlək vəziyyətə gətirir və də materialı anlayıb anlamamağınızla əlaqədar sizə dərhal və açıq-aşkar yansıma göndərir.

5.Onlar dərsi qısa zamanda fasilələrlə öyənirlər.

Dərs öyrənmək üçün müəyyən edilmiş qısa zaman və sonda olacaq fasilə düşüncəsi ilə siz oxumağa daha intensiv şəkildə fikrinizi cəmləyə bilərsiniz.

6.Onlar maşinist həll edən məsələləri tanımırlar.

Mükəmməl tələbələr artıq həlli olan çalışmaları edərək köhnə həll üsullarını öyrənmək yerinə çalışmanın həllinə sual ilə yanaşırlar :

Nə üçün misal bu rəqəm ilə nəticələndi ?

Nə üçün onlar bu ifadəni belə sadələşdiriblər?

Yəni çalışmalara yenilikçi baxış ilə yanaşma sizə imtahanlarda xüsusən də daha öncə görmədiyiniz çalışmalarda yardımcı olacaqdır.

7.Onların fosforlu flomasterləri olmur

Nəyisə fosforlu flomasterlə izləmək=izlənməyən hissəyə.Yəni qısacası izləməyin heç bir mühüm təsiri yoxdur.Əgər hansısa məlumatın daha qabarıq görünməsini istəyirsinizsə o məlumatın altından xətt çəkin və müvafiq qeydlər edin.

8.Onlar çox yatırlar.

Ən mükəmməl tələbənin günlük rutini 4-6 saat intensiv çalışma nəticəsində 9 saatlıq yüksək keyfiyyətli şirin bir yuxudur.

9.Onlar əsasən özlərini sual-sorğu mərkəzinə çevirirlər.

Düşünün ki, sizə sual verirlər “1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.” ?

Siz cavab olaraq “Hmm.. maraqlı məlumatdır”,deyərək bunu yadda saxlamağa çalışacaqsınız.

Lakin , əgər mən sizdən soruşsam ki, “Heydər Əlirza oğlu Əliyev kim idi?” Bu sual ilə nə dəyişir?

Siz başlayırsınız yaddaşınızı yoxlamağa , beyninizdə təsəvvürlər yaranır,Ulu Öndərin Azərbaycan üçün etdiklərini düşünürsünüz və sairə..Və bu suala daha ətraflı cavab vermək üçün təbii olaraq siz keçirsiniz komputerinizin önünə və Google-da axtarış edirsiniz.Bu yol ilə siz daha çox məlumatı beyninizdə həkk etmiş olacaqsınız.

10.Olar mümkün qədər mühazirələrdən qaçırlar.

Bəli,sizin müəlliminiz zamanınızı məhv edir.Bəli,mühazirələr çox sıxıcıdır.Mükəmməl tələbə mühazirələri belə qiymətləndirir:nə olur olsun mən orada olacam və nəticə nə olacaq ?Sinifdə olanda zamanımı necə səmərəli keçirə biləcəmki?Suallar ver,dərsliyi gətir,materiallara bax,vacib çalışmaları təcrübədən keçirt,qeydlər et və sairə.Bütün bunlarla mühazirəni səmərəli keçirə bilərsən. Lakin bundan sonra oxumağı davam etdirməyə az zamanın qalır.

  1. Onlar mühüm bilikləri hekayələrlə öyrənirlər.

Məktəb bir sıra oxu və ev tapşırıqları üzündən həqiqətən çətindir.

Məsələn tarixdə Osmanlı imperiyasının padşahı Sultan Süleyman Qanunini nümunə götürək.Siz onun hakimiyyətə gəlmə tarixini ,hakmiyyətdə qalma tarixini , hakimiyyəti dövründə iştirak etdiyi müharibələri və tarixlərini yadda saxlamağa çalışırsınız.Bu sizə darıxdırıcı gəlir və də qısa müddət sonra tarixlər ,müharibələrin adları yadınızdan uçub gedir.Lakin “Muhteşem Yüzyıl” serialını izlədikdən sonra Sultan Süleymanın Hürrəm ilə olan hekayələrinə şahid olduqdan sonra artıq sizdə Sultan Süleymanın sultanlıq elədiyi dövrə qarşı maraq birə-beş artmışdır.

12.Onlar dərhal imtahanda elədikləri səhvlərə baxırlar.

Mükəmməl tələbələr imtahan zamanı yazdıqları doğru cavabları göz ardı edərək yalnışlarından onları irəliyə götürəcək göstərici kimi istifadə edirlər.

13.Onlar çox qızğın halda işləyirlər.

Bəli,əgər dərsdə müvəffəqiyət əldə etmək istəyirsənsə ,bütün fikrini dərsə cəmləməlisən və də lazım gələrsə saatlarla zaman sərf etməlisən.

14.Onlar mühazirələrə detektiv missiyası kimi yanaşırlar.

Mükəmməl tələbələr müəllimin zahirən həddən artıq sərf etdiyi mövzulara diqqət yetirərək qeydlər edirlər.Nəticə olaraq belə mövzular imtahan sualları zamanı qarşınıza çıxır.

15.Onların motivasiyaya ehtiyacları yoxdur.

Motivasiya gəldi-gedər şeydir.Lakin diplom əldə etmək istəyirsinizsə əzmkarlıq və dözümlülük lazımdır.

16.Onlar özlərini imtahan şərtlərinə hazırlayırlar.

Bütün mühazirə qeydlərini yenidən oxumaq və köhnə çalışmaları yenidən etmək yerinə mükəmməl tələbələr imtahan məşqləri edirlər,imtahan fəaliyyətlərini təkrarlayırlar,təzyiq altında və oxşar şərtlərdə,sakit otaq və sairə..

17.Onlar keçmiş imtahanlardan yararlanırlar.

Keçmiş imtahan sualları hər zaman yeni imtahan suallarına hazırlaşmaq üçün qızıl mədən rolunu oynamışdır.

18.Onlar özlərinə dərs vəsaitləri müəyyənləşdirirlər.

Mükəmməl tələbələr yalnız müəllimənin verdiyi dərs vəsaitləri ilə kifayətlənmirlər.

19.Onlar əslində vərəq üzərində yazırlar.

Bəziləri insanın yazaraq məlumatı daha yaxşı yadda saxladığına inanırlar.

20.Onlar şikayətlənmirlər.

Mükəmməl tələbələrin repertuarında şikayətlənməyin heç bir yeri yoxdur.Əgər nəsə zamanını alırsa onu dəyişdir və ya ləğv elə ,lakin bu barədə söhbət edərək zamanını ,enerjini və əhval ruhiyyəni korlama.

21.Onlar edərək öyrənirlər.

Mükəmməl tələbələr bilik və tətbiq edilən bilik arasındakı böyük fərqi anlayırlar.

22.Onlar materialı öyrənmək üçün şəxsi məsuliyyətlərini dərk edirlər.

Mükəmməl tələbələr anlayırlar ki, öz şəxsi təhsillərindən yalnız özləri məsuldurlar.Belə ki , biliyin müəllim tərəfindən sizə təqdim edilməsi kifayət etməyəcəkdir.

23.Onlar 80% və 20% qaydalarından xəbərdardırlar.

Mükəmməl tələbələr bilirlər ki, imtahanda 80% uğur əldə etmək üçün dərsin 20%-ni mütləq öyrənməlidirlər.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır