Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.


Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir.

Onlardan ən populyar olan 4-nə nəzər salaq:

  • Xronoloji
  • Funksional
  • Hibrid
  • Targeted (hədəfə yönəlmiş)

XRONOLOJİ CV

Klassik format sayılır, bütün rekruterlərə və işaxtaranlara tanış olan və geniş yayılmış CV formatıdır. Burada əks xronoloji ardıcıllıqla namizədin iş yerləri, tutduğu vəzifələrin adları və yerinə yetirdiyi işlər haqqında informasiya əks olunur.

Mütləq qeyd olunmalı olan bölmələr bunlardır:

  • Şəxsi məlumat
  • Əlaqə vasitəıləri
  • Təhsil
  • Peşə bilikləri və səriştəliklər

Üstünlüklər və imkanlar:

Universallıq – istənilən vəzifə və işə qəbul mütəxəssislərinin apardığı analiz üçün məqsədəuyğundur.

Gözəyatımlılıq - karyera yüksəlişinin rahat müşahidəsi.

Aydınlıq və asanlıq – uzun illər işaxtarnlar məhz bu formatdan istifadə etmişlər, həmçinin bu tip CV-lərə aid internetdə sonsuz sayda şablon mövcuddur.

Çatışmamazlıqlar və təhlükələr:

Xronoloji CV təcrübə üzərində vurğu qoyduğu səbəbilə, namizədin səriştəliklərinin, bacarıqlarının və peşəkar nailiyyətlərinin tam və obyektiv görünüşünü təsvir etmir;

Aşağıdakı hallarda xronoloji CV namizədə tövsiyyə olunmur:

  • Namizəd gənc və təcrübəsizdir
  • Peşə dəyişikliyi baş verəndə, uyğun profil üzrə təcrübə olmadığında və ya belə bir təcrübə uzun müddət əvvəl olduqda
  • İşaxtaranın müxtəlif sahələrdə müxtəlif iş təcrübəsi olduğu halda, karyera davamlı olmadıqda, təcrübədə böyük fasilələr olduqda
  • İdarəçilərə və müxtəlif layihələrdə işləyənlərə

FUNKSİONAL CV

Bu format vurğunu namizədin iş təcrübəsindən peşəkar keyfiyyətlərə, bacarıq və potensiala köçürməyi nəzərdə tutur. Əgər insan öz karyerasının başlanğıcındadırsa və ya namizəd iş sahəsini dəyişmək fikrindədirsə bu onun üçün ən optimal variantdır. Əvvəlki vəzifələr arasında rəsmi olaraq lazımi bir vəzifə olmazsa belə, CV-də göstərilən peşə bilikləri və bacarıqlar vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün kafi olmalıdır.

Funksional CV-yə aşağıdakı bölmələr daxil edilir:

  • Şəxsi məlumat və əlaqə vasitələri
  • Məqsəd və istək
  • Təhsil və əldə edilən ixtisas
  • Peşə bacarığı və nailiyyətləri - bir qayda olaraq müəyyən dövrlərə və iş yerlərinə istinad etmədən göstərilməlidir. Bunlar olmadıqda layihələrdə, elmi tədbirlərdə iştirakınız və ya ictimai fəaliyyət barədə məlumat verə bilərsiniz
  • Kompüter bilikləri və dil bilikləri daxil olmaqla xüsusi bilik və bacarıqlar
  • Əlavə məlumatlar - buradan alınan mükafatlar, sertifikatlar, yarışlarda qələbələr, təşkilatlara üzvlük, şəxsi keyfiyyətlər, maraqlar, hobilər və s. göstərə bilərsiniz.
  • CV-nin əvvəlki versiyasından fərqli olaraq, funksional CV namizədin karyerası barədə tam bir fikir vermir, və heç də bütün hallarda uyğun deyil. Sizə bir sirr açım, funksional CV-lər HR mütəxəssisləri tərəfindən çox da bəyənilmir.

Üstünlüklər və imkanlar:

Namizədin peşəkar biliklərini, səriştəliklərini və bacarıqlarını tam əks etdirməyə imkan verir.

Profil üzrə iş təcrübəsi olmadığında bu tip CV istifadəsi tam məqsədəuyğundur. Məsələn təhsil müəssisələrinin məzunları, işində uzun fasilə verən kəslər, peşə dəyişikliyi baş verdikdə və s.

Çatışmamazlıqlar və təhlükələr:

Bu tip CV idarəetmə təbəqəsinə və ya iş təcrübəsinin mütləq meyyar olduğu vəzifələr üçün yaramır.

Yuxarıda qeyd eildiyi kimi, kadrlar üzrə işçi tərəfindən qüsurlu hesab edilə və rədd edilə bilər. (belə düşünən HR mütəxəssislərlə qəti razı deyiləm)

Sizi yormamaq üçün I HİSSƏ-də populyar CV-lərin ikisi haqqında danışdım.

Hibrid və Targeted formatı haqda II HİSSƏ -də məlumat verəcəyəm.