Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. 2 hissə


HİBRİD CV

Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir.

Strukturuna daxildir:

  • işaxtaranın məqsədi və tələbi;
  • ümumiləşdirilmiş formada professional bacarıq və nailiyyətlər;
  • şirkətlərdə işləmə aralığı ilə yanaşı, həmçinin yerinə yetirdiyi funksiya məzmununu və ya iştirak etdiyi layihələr də əks xronoloji ardıcıllıqla yerləşdirilməlidir.
  • Ayrıca, namizədin təhsil və əlaqə məlumatları haqqında məlumat verməlisiniz.

Bu tip CV eyni zamanda həm sizin iş tarixçənizi, həm də ki vurğulanmalı olan funksionalınızı nümayiş etdirməyə imkan verir.

Üstünlüklər və imkanlar:

Düzgün tərtib olunarsa işaxtaranı ən əlverişli işıqda təqdim edir;

Əsasən ixtisaslı təcrübəyə malik olan namizədlərə, peşəkar təcrübəsi və karyera tarixçəsi geniş olan kəslərə, istənilən səviyyəli idarəçilərə və layihə əməkdaşlarına tövsiyyə olunur.

Karyerasını yeni başlayanlar və ya profilini dəyişən kəslərə də yararlıdır. Burada iş təcrübəsinin üstündə çox durmadan keçid edib, əsas vurğunu bacarıqların üzərində qoymaq lazımdır.

Çatışmamazlıqlar və təhlükələr:

Məlumatların həcmli olması daha çox məkan tələb edir. Ona görə çalışmaq lazımdır ki, CV artıq informasiya ilə yüklənməsin. Maksimum aydınlıq və konkretika təmin edilməlidir. Rekruterlərin əhvalını pozmayın, bu sizin sonrakı mərhələlərə keçməniz üçün kifayət qədər əhəmiyyətli amildir ;)

TARGETED CV

Məqsədli CV formatı, işəgötürənin görmək istədiyi peşəkar fəaliyyətinizin tam görünüşünü əks etdirir. Bu CV formatının üstünlüyü işəgötürənin boş yerə uyğun olub olmadığını dərhal başa düşməsidir. Təəsüf ki, hədəflənmiş CV yalnız konkret bir pozisiya üçün yararlıdır və digər vakansiyalar üçün nəzərdə tutulmur.

Demək olar ki, bütün namizədlər targeted formatından effektiv istifadə edə bilərlər. Məsələn, məzunlar kiçik iş təcrübəsini işəgötürənin tələblərinə uyğunlaşdıra, təcrübəli mütəxəssislər isə ixtisas səviyyəsini ortaya qoya bilərlər.

Əgər işəgötürənin tələblərindən anlayışınız yoxdursa, hədəfli CV tətbiqi məqsədəuyğun deyil.

Ən son Maraqlı məlumatlar
Xaricdə Çörək
SMM NƏDİR ?