Mikayıl Müşfiq- dən incilər


İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə Gənc işçi qəzetində çap etdirdiyi Bir gün şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir.

"Məni gözəl xatırla"

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim.

Məni gözel xatırla! 
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını 
Məni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, el oldun aldırmadım

Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Şeirlər yazdım hər gece çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizce getdim
Səndən əvvəlkiler kimi səndə başa düşmədin

Məni gözel xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlerimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım her küncə
“Vidalar” buraxdım dayanacaqlara
Ne axtararsan bir sevdanın içinde
Artıqlamasıyla buraxdım arxamda

Məni gözel xatırla!
Dizlerində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirem bilirsən
Buda sənə son surprizim olsun
İndi səninlə yaşanan günləri atəşə  verirəm
Məni gözel xatırla!
Gedirem.