Məzun olduqdan sonra nə etməlisən?


+

Universitetdən məzun olmusan və artıq rəsmi olaraq "real" dünya ilə üzləşmək vaxtın çatıb! Maliyyə müstəqilliyi, karyera və daha bir çox şey səni gözləyir… Hazırsanmı?

Tələbəlik həyatın artıq geridə qaldı. İndi qarşıda səni gözləyən uzun bir gələcək var. Yetkinlik həyatına atdığın bu addım, ilk mərhələdə sənə qorxunc gələ bilər, ancaq dərhal gözünü qorxutmamağın faydası var. Aşağıda verilən dörd maddəyə diqqət edərək və şüurlu addımlar ataraq xoşbəxt olacağın bir karyeraya sahib ola bilərsən.

DƏRHAL QƏRAR VERMƏ

Universitetdən məzun olmaq gözəl olduğu qədər qayğıların intensiv şəkildə yaşanmağa başlandığı bir dövrdür. Hələ nə etmək istədiyinə qərar verməmiş ola bilərsən. Bunun üçün canını sıxmağa ehtiyac yoxdur! Tələsik davranıb yanlış qərarlar vermək, sonra peşman olmağa və daha çox vaxt itirməyə səbəb ola bilər. Bu səbəblə nə etmək istədiyindən əmin olmağa yönəlik addımlar atmalısan. Xəyalındakı işlə bağlı məlumat alaraq, o sahədə təcrübə keçərək və o sahədə işləyənlərin fikirlərini öyrənərək həm özündə təsəvvür yarada, həm də daha doğru qərarlar verə bilərsən. Həyəcanlanıb qabağına çıxan hər işə əl atmaq yerinə, karyera məqsədlərinə uyğun şüurlu addımlar atmağın daha çox əhəmiyyətlidir.

MAGİSTRATURAYA SIĞINMAQ!

Əgər universitet həyatın boyuca akademik olmaq yeganə xəyalın idisə, əlbəttə ki, məzun olan kimi akademik həyatına yönəlik addımlar atmalısan. Ancaq universitetdə qalıb işə girməyi bir il daha təxirə salmağı planlaşdırsan, magistratura etdiyin sahənin karyeran üçün faydalı olacağından əmin ol. Əks halda magistratura təhsilini qorxularınla üzləşməmək üçün seçmisən, bu vəziyyət həm iş həyatını gec kəşf etməyə, həm də qorxularının daha da böyüməsinə səbəb ola bilər.

FÜRSƏTİN AYAĞINA GƏLMƏSİNİ GÖZLƏMƏ

Yalnız yeni məzunlar üçün deyil, digər çalışanlar üçün də etibarlı olan qızıl qayda: Fürsətin ayağına gəlməsini gözləmə! CV-ni hazırlamış və iş müraciətləri etmiş ola bilərsən. "Məni axtarmırlar", "Müraciətlərimə cavab verən yoxdur", "Etdiyim müraciətlər heç bir işə yaramır" deyə düşünüb özünü çarəsiz hiss edə bilərsən. Amma unutma ki, bir çox adam sənin bu an keçdiyin prosesdən keçib. Səndən sonrakılar də keçəcək. Bu səbəblə oturub bəxtinin açılmasını gözləmək əvəzinə, öz şansını yarat. Səni niyə işə götürmələrinin lazım olduğunu izah edən, o işi niyə çox yaxşı görə biləcəyini ifadə etdiyin təsirli bir ərizə hazırla. Sonra iş elanlarına standart müraciət etməkdən əl çək, əl atdığın mövqeyə və şirkətə görə CV-ni hazırla. Etdiyin hər bir müraciətin yaxşı düşünülmüş olmasına diqqət et və özünü evə qapamaqdan əl çək. Vaxtını yaxşı istifadə edərək özünü nə qədər inkişaf etdirsən, seçmək şansın da o qədər yüksək olar.

SEKTORUN YALNIZ BÖYÜK OYUNÇULARINA MÜRACİƏT ETMƏ

Bəli, böyük şirkətləri idarə etmək cazibədar gələ bilər, bu barədə hamı eyni fikirdir. Bu səbəblə iş həyatına hər zaman böyük, hamı tərəfindən tanınan şirkətlərdə başlamaq, həmişə atılması vacib olan ən düzgün addım olmaya bilər. Bu səbəblə yeni məzunlara qapısını açan, onları yetişdirmək istəyən orta və kiçik miqyaslı şirkətləri gözardı etmə. Həm daha artıq vaxt itirmədən iş həyatına atıla və buna görə də daha erkən təcrübə qazana, həm də daha çox yüksəlmə və uğurlu olma şansı qazana bilərsən.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin