Bu şirkət haqqında məlumat
MARŞ İRƏLİ Sosial Fəaliyyət


Marş irəli

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Marş İrəli” layihəsinə start verir. Açıq hava şəraitində keçiriləcək hərbi düşərgə respublikamızda bir ilk olacaq. 6 gün ərzində baş tutacaq layihə çərçivəsində 200 nəfər gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim – məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər, müzakirələr təşkil ediləcəkdir.

“Marş İrəli” layihəsinin başlıca məqsədi – müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.
Layihə çərçivəsində Müdafiə Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulub.
————————–————————–————————–————
Son müraciət tarixi: 25.05.2018 saat 18:00
Tərəfdaşlar: Gənclər və İdman Nazirliyi
Layihənin keçirilmə məkanı: Qax, Azərbaycan
Layihənin keçiriləcəyi tarix: 30 iyun – 5 iyul 2018-ci il
Fəaliyyət Növü: Düşərgə (Çadır)
————————–————————–————————–————
İştirakçıların seçim meyarı :
————————–————————–————————–————
Yaş məhdudiyyəti : 17-25 yaş
– Layihədə iştirak üçün yüksək motivasiyası olmalı
– Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
– Ekstremal şəraitdə qalmağa hazır olmalı (çadır şəraiti)
– Mütəmadi xəstəliyi olmamalı
————————–————————–————————–————
Layihəyə ərizə forması: http://ireli.az/2018/05/ireli-mars-ireli-layihesine-start-verir/
————————–————————–————————–————
Əlavə məlumat üçün:
Ünvan: Bakı, AZ1009, Səməd Vurğun 43
Telefon: (+99412) 597-48-13

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Könüllü fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat