Marketinq sahəsində uğura aparan 7 onlayn fəaliyyət


Marketinq sahəsində uğura aparan 7 onlayn fəaliyyət

 

Kiçik biznesinizin onlayn marketinqi o qədər də mürəkkəb deyil.Bilməli olduğunuz çox şeyin olmasına baxmayaraq əziyyətinizin ən yaxşı nəticəsini görmək üçün heç kəsə “bu sahəyə girişməzdən əvvəl onun  haqqında oturub hər şeyi öyrən” deyə məsləhət görməzdim.

 

İlk olaraq deyim ki, buna heç vaxtı olan hansısa kiçik biznes sahibləri tanımıram.İkincisi də ki, bu vacib də deyil.Əvəzində isə elə indicə biznesinə başla.İşləyərək daha çox öyrənəcəksən ,nəinki oturub sadəcə nəzəriyyələri öyrənəsən.

 

Önəmli qeyd: Biznes üzrə etdiyin onlayn marketinqin ya müsbət ,ya da mənfi təsiri olacaq.

 

Beləliklə başlayaq.Aşağıda bu gündən etibarən başlaya biləcəyin  onlayn marketinq üzrə 7 onlayn fəaliyyət var.

 

1.Bloq.

Bloqqinq istənilən ölçüdə biznes üçün çox güclü onlayn marketinq fəaliyyətidir.O, sənin öz sahəndə ekspert kimi fəaliyyətinə kömək edə,vebsaytına daha çox insanın baş çəkməsinə,daimi tərəfdaşlarının artmasına və.s. kömək edə bilər

Buna çox vaxt sərf etmiş ola bilərsən,lakin xeyirin ondan da çox olacaq.

Əgər artıq vebsaytınız varsa bloqunuzu sadə və pulsuz yaratmaq üçün çox geniş yayılmış WordPress proqramından istifadə edin.Əgər bloqunuzu əlavə etmək üçün şəxsi vebsaytınız yoxdursa, biznesinizin saytından da istifadə edə bilərsiniz.

Artıq bloqunuz varsa,hədəf bazarı cəlb etməkdə kömək olacaq müxtəlif məqalələrin dərcinə başlaya bilərsiniz.Bloqunuz reklam xarakterli olmamalı,lazımi və faydalı məzmunu çatdırmağa köklənməlidir.Düşünə bilərsiniz ki, siz bununla ən yaxşı ideya və fikirlərinizi təmənnasız paylaşacaqsınız,lakin bu sizə olan etibarı və ətrafınızdakı insanları artıracaq.

2.Twitter’ə qoşul.

Əgər hələdə Twitter-iniz yoxdursa , indi qoşulmaq zamanıdır.Biznesiniz üçün bir profil yaratmaq çox sadədir:izləmək üçün maraqlı insanlar tap və dünyaya maraqlı və yararlı  postlar göndər.

Aşağıda biznesiniz üçün Twitter istifadə edərkən yadda saxlamaqda fayda olacaq bəzi yararlı məlumatlar var:

  • Twitter-dən reklam məqsədilə istifadə etmə.Məhsullar və xidmətin barədə məlumat verə bilərsən ,lakin bundan o tərəfə keçmə.
  • Daim aktiv olmalısan.Mümkündürsə gündə iki dəfə hesabına baş çək.Bütün vaxtını bura sərf et demirik,sadəcə bəzi maraqlı paylaşımlar et,kimlərinsə sualını cavablandır və s.
  • İnsanlarla daim əlaqədə ol.”Twitter “dən ünsiyyət vasitəsi kimi istifadə et.Faydalı məqalələr və elanlar paylaşmaq yaxşıdır.Lakin,bunun üzərinde çox dayanma, suallar soruş,sualları cavablandır,ünsiyyət yarat.Qarşılıqlı əlaqə vacibdir.
  • İnandırıcı “Twitter bio” nu yarat.Qoy insanlar sənin nə işlə məşğul olduğunu ,maraqlarını və s. bilsin.Belə bir “bio” sənə lazımi izləyicilər qazandıracaq.

 

 

3.Linkedln-də sualları cavablandır.

Bu, hər səhər,yaxud həftədə iki dəfə və yaxud istədiyin vaxt edə biləcəyin sadə bir fəaliyyətdir.Əgər hələ Linkedln profilin yoxdursa, hal -hazırda onu pulsuz yarada bilərsən.Sonra  öz sahənə uyğun Linkedln qruplar tap və qoşul.

 

Qrupda digər yoldaşlarının soruşduğu və faydalı cavablarla cavablandırılmış sualları nəzərdən keçirə bilərsən; həmçinin səni maraqlandıran sualları da soruşa bilərsən .

 

Suallara sadəcə sahəni reklam etmək məqsədilə deyil,dürüst cavablandırmağı unutma.

İnsanlara yararlı olmaq və biliyini nümayiş etdirmək biznesinə olan etimadı artıracaq.

 

5.Bloqlarda fikir bildir.

 

Mütəmadi olaraq söhbətlərdə iştirak et.Lazımi əlaqələr əldə edəcək  və çox kiçik səylə ağıl və fərasətini artıracaqsan.

 

Bloqda fikir bildirərkən əmin ol ki, faydalı və məntiqlidir.Başqasının şərhini oxuyub təkrar etmə.Öz fikirlərini,düşüncə yaxud komplimentlərini bildir.

 

6.Email marketinqi

 

Email marketinqi hələdə  onlayn şəkildə biznesi inkişaf etdirmək üçün çox geniş yayılmışdır

 

Bir çox email marketinq xidmətlərinin birində  öz hesabını yarada və tez bir zamanda vebsaytında emaillər əldə edə bilərsən.Sizə çox uyğun qiymətə olan MailChimp və Aweber-i məsləhət görürəm.

 

7.Məlumatlı ol

Öz məharətini  nümayiş etdirməyin ən yaxşı yolu kiminsə məqaləsində,bloqunda,podcast yaxud videosunda ekspert kimi görünməkdir.Bu strategiya  səni digər üsullarla əldə edə bilməyəcəyin bir kütləyə sahib edəcək.

 

Bloqqer-lər,jurnalistlər,media işçiləri hər zaman  müsahibə üçün ekspert axtarışındadırlar.Adını və əlaqə yaratmaq üçün məlumatları müxtəlif yerlərdə əlavə edə yaxud HARO –da şəxsi hesab yarada və  gündəlik sənə maraqlı olan sorğuları orda cavablandıra bilərsən.

 

Beləliklə,yuxarıdakı məlumatlar indi başlamağın üçün əla fürsətdir.Hamısını bir arada elə demirik ,əvəzində öz maraq və sahənə uyğun olanları  seç və başla.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır